Şənbə 20 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ərəbistanda krona virusuna tutulanların sayı artıb

Səhər TV, Xəbərlər- Ərəbistanın Səhiyyə Nazirliyi bu ölkədə krona virusuna tutulanların sayının artmasına işarə edərək, bildirib ki, bu virus daha yeddi ərəbistanlının həyatına son qoyub.


Ərəbistan başçıları bəzi tədbirlərin görülməsi, o cümlədən ötən ay bu ölkənin səhiyyə nazirinin kənarlaşdırılması, krona virusu ilə mübarizə üzrə tibbi şuranın təşkili, bu virusa yoluxmuş şəxslərin yatırdılmaları üçün xəstəxanaların nəzərdə tutulması və dəvə əti və onun məmulatlarının istehlakının qadağan olunmasına rəğmən hələ də bu ölümcül virusu aradan qaldırmağa müvəffəq olmayıblar.
2012-ci ilin sentyabrından Ərəbistanda krona virusuna yoluxaraq, həyatını itirmiş şəxslərin sayı yüz otuz dörd nəfərə çatıb və bu xəstəliyə tutulanların miqdarı dörd yüz altmış nəfəri ötüb keçibdir.
Ərəbistanda krona virusunun yayılması prosesi 2012-ci ildə başlanıb və təhlükəli xəstəlik ən çox qurbanlarını bu ölkədə, sonra da Oman və Birləşlmiş Ərəb Əmirliklərində alıbdır.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-05-10 14:15:55 | Kateqoriya: Səhiyyə | İzlənilib: 625 | Bəyənib: 0