Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May

Əlaqədar



watch now!

Şrift ölçüsü :  

Bel ağrılarının 85%-nin səbəbi

Səhər TV, Xəbərlər- İranlı fizioterapist Nadir Mərufi deyib: Bel ağrılarının 85%-i cəmiyyət üzvlərinin həyat tərzi, həmçinin iş mühiti və həyatdakı fəaliyyət tərzində pozğunluğun yaranmasından irəli gəlir.
O, əlavə edib: Onurğa sümüyündə zədə ilə nəticələnən qocalıq və hadisələr, həmçinin şişlər, çirklər, genetik və anadangəlmə problemlər daxil olmaqla bəzi xəstəliklərdən başqa, onurğa sümüyündəki pozğunluqların başlıca hissəsi cəmiyyət üzvlərinin həyat tərzi, həmçinin iş mühiti və həyatdakı fəaliyyət tərzi və hərəkət qaydasındakı xələllərdən irəli gəlir.
İran Tibb Elmləri Universitetinin Elmi Heyətinin üzvü deyib: Xəstənin onurğa sümüyünün hərəkət qaydasında çatışmazlıqla nəticələnən hallardan adətən şəxsin fiziki hazırsızlığı üzündən və qəfil vəziyyətlərin dəyişikliyindən baş verən onurğa sisteminə qəfil zərbələrin dəyməsi kimi hallara işarə etmək olar.
Mərufi əlavə edib: Həmçinin şəxsin istirahət ilə fəaliyyəti arasında müvazinətsizliyə gətirib çıxaran iş masası arxasında uzunmüddətli oturmalar kimi ayaqüstə və sabit durma vəziyyətlərində uzun zamanda yaranan həddən artıq sabitlik və hərəkətsizlik və nəhayət yanlış hərəkətlərin uzun müddət təkrarlanması nəticəsində yaranan tədrici zədələrə işarə etmək mümkündür.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-04-27 10:27:54 | Kateqoriya: Səhiyyə | İzlənilib: 378 | Bəyənib: 0