Çərşənbə 23 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Azərbaycanda doğuş vaxtı daha bir ana öldü

SəhərTV,xəbərlər—Azərbaycanın Ucar rayonunda ana doğuşdan sonra dünyasını dəyişib.

Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında baş verib. Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Xəstəxanaya Bakıdan çağırılan həkimlər də ananı xilas edə bilməyiblər.
Bu birinci dəfə deyil ki, Azərbaycanda ana doğuş zamanı həyatını itirir. Keçən aylarda oxşar hadisələr ailərin etirazına səbəb olmuşdur. Ailələr Azərbaycanlı həkimləri müasir tibb təcrübələrindən yararlanmaq üçün daha çox İrana üz tuturlar.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-04-23 11:03:19 | Kateqoriya: Səhiyyə | İzlənilib: 619 | Bəyənib: 0