Çərşənbə Axşamı 25 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İynə vurdurmaq niyə yaxşı deyil?

1. Milli Mərkəzdə qeydiyyata alınmış neqativ halların yarısından çoxu iynə dərmanlarından istifadə olunmasından yaranır. Bir çox hallarda iynə dərmanlarının əlavə neqativ halları həblərdən çoxdur və həkimə iynə dərmanlarının nüsxəsini yazmaqda israr etməmək lazımdır.
2. İynə dərmanlarının təsiri həblərdən çox deyildir. İynə dərmanının bədəndə tez yayıldığına görə, dərmanın neqativ hallarına nəzarət digər dərmanlarla müqayisədə bir çox hallarda mürəkkəb olur.
3. İynə dərmanları xüsusi problemlərə səbəb ola bilər. Belə ki, qeyri-iynə vasitələrindən istifadədə bu qeyri-mümkün və yaxud ən az olur. Bu neqativ hallardan iynə vurulan yerdə əsəb damarının zədələnməsi, iynə vurulan yerdə damarların zədələnməsi, iynə vurulan yerdə irinlik və digər halların yaranması, dərinin qızarması, dərialtı qanaxma, yaranın yaranması və onun yerinin qalmasını misal göstərmək olar.
4. Qeyri-zəruri hallarda iynədən istifadənin olunması ilə infeksiya xəstəlikləri, Hepatit B, Hepatit C və QİÇS kimi xəstəliklərin xəstələr, tibb işçiləri və insanlar arasında yayılması artır. Aydındır ki, bu xəstəliklərin yayılmasının qarşısının alınması yollarından biri iynədən istifadənin azalması və qeyri-zəruri iynələrin vurulmamasıdır.
5. İynə dərmanlarının dərhal qanda yayıldığına görə, iynə dərmanlarından yaranan neqativ hallara nəzarət bir çox hallarda çoxlu problemlərlə daha da çətinləşir.
6. İynə vurulduğu zaman mütləq öncə vurulan iynənin əlamətləri və digər dərmanların xüsusiyyətləri barədə iynə vuran şəxsə məlumat verilməlidir. Çünki o əlamətlərin yenidən büruzə verməsi öldürücü ola bilər.
7. İynələrdən hədsiz-hüdudsuz şəkildə istifadə təlim görmüş kadr və xüsusi təchizatlara ehtiyac duyulduğu üçün xəstə və səhiyyə sisteminin xərclərini artırır.
8. Həblərdən istifadə əzələyə vurulan iynələrdən daha asandır. Eyni zamanda bir çox xəstəliklərdə elə o həddə təsirlidir. Həblər ağrı və yaxud dəri səthində parçalanma yaratmırlar.
9. Bəzi infeksiyalar üçün antibiotik əzələ iynəsi istifadə olunmasına baxmayaraq, bir çox xəstəliklərdə müşahidələr antibiotik, kortikosteriod, sakitləşdirici və yaxud vitamin həblərin yerinə əzələ iynələrindən istifadəni məntiqli hesab etmir.
 

Daha çox hansı dərmanlar iynə şəkildə istifadə olunurlar?
Qeyri-məntiqi şəkildə iynə formasında istifadə olunan dərmanlar bir sırası aşağıdakılardır:

Antibiotiklər
Antibiotiklərin iynə şəklində vurulması ehtimal üzrə məhdud şəraitə əsaslanır. Bu şəraitdə dərmanın orqanizmə çatmasından arxayınlaşmaq zəruridir. Misal üçün xəstə həbdən istifadəyə dözə bilmədiyi halda (misal üçün qusmaq və yaxud uda bilməmək zamanı). Yaxud xəstənin qəbul etməsinə şübhə olunduqda (misal üçün unutqanlıq və yaxud həbdən istifadə etməmək istədikdə). Eləcə də bəzi xüsusi xəstəliklərdə antibiotiklərin iynə ilə vurulması münasibdir.
Lakin unutmamalıyıq ki, iynə vurulmaqla dərmanların güclü olması və çoxlu psixi təsiri olması ilə bağlı təsəvvür sübuta yetirilməmişdir. Antibiotik həblərin yerinə iynənin seçilməsi qeyri-məntiqi səbəbdir. Belə ki, həblər daha ucuz və ağrısızdır və daha az əlavə neqativ hallara malikdir.

Həssaslığa qarşı dərmanlar, xüsusilə də Kortikosteriodlar

Kortikosteriod dərmanının iynə şəklində vurulması ilə onun həb şəklində qəbul olunmasının müqayisəsi üzrə aparılan çoxlu araşdırmalar xəstəliyin sağalmasında o qədər də fərqli olmadığını göstərir. Digər tərəfdən kortikosteriod həbindən istifadə ağrı, iztirab və iynənin vurulması ilə əlaqədar xərclərə malik deyil. Adətən bütün yaş qruplarında xəstələr tərəfindən yaxşı qəbul olunur və az və daha mülayim neqativ hallara malikdir.


Vitamin B12 və B kompleksi
Əsasən əhali arasında və bəzi həkimlərin nüsxəsində daha çox istifadə olunan dərman vasitəsi həftəlik B12 və B kompleksidir. Amma bilməyimiz yaxşı olar ki, B12 vitamin çatışmazlığı o qədər yayılmayıb. Ət, yumurta, balıq, süd və digər süd məhsullarına şamil orta qida rejimindən faydalanan şəxslərdə onların gündəlik bu vitaminə olan ehtiyacları təmin olunur və artıq B12 vitamininin təkmilləşdiricisinə ehtiyac yoxdur. Beləliklə həftəlik B12 vitamininin iynə şəklində vurulması əbəs işdir, bəzən də zərərlidir.


Sakitləşdiricilər
Bir çox hallarda dərman qruplarından yanlış olaraq iynə şəklində istifadə olunan sakitləşdirici dərmanlardır. Bu o həddədir ki, bu dərmanlardan, xüsusilə də diklofenakdan həddindən artıq istifadə nəticəsində onun neqativ hallarının hətta iflic şəklində yayılmasına səbəb olmuşdur.
Bu barədə qeyd etmək lazımdır ki, sakitləşdirici həblərdən istifadə mümkün olduğu və xəstənin o həblərdən istifadə etmək iqtidarında olduğu halda iynə şəklində ondan istifadə etmək məsləhət görülmür. Xəstənin ağır dərdlərdən əziyyət çəkdiyi hallar istisna olmaqla, iynədən istifadə məsləhət görülmür. Həm vəsait sərf olunmalı, həm də ehtimal olunan çoxlu təhlükələri vardır. İynənin həblərdən üstün olmasına dair heç bir qəti sənəd yoxdur. Amma eyni zamanda ağrı, infeksiyanın yayılmasının mümkünlüyü, vəsaitin xərclənməsi, iynənin vurulması üçün peşəkar tibb işçilərinə ehtiyacın duyulması kimi nöqsanları da vardır. Həddindən artıq iynədən istifadə iynə vurulan yerdə irinlik və sairə kimi problemlərin yaranmasına yol açır.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-04-18 09:55:36 | Kateqoriya: Səhiyyə | İzlənilib: 3126 | Bəyənib: 0