Bazar Ertəsi 24 Sentyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranlı tələbələr yara bərpa edən aparat düzəltməyə müvəffəq olublar

Səhər TV, Xəbərlər- Yəzd Universitetinin iki tələbəsi yaranı bərpa edən aparat konstruksiya edib, düzəldə bilibdir.
Yaranı bərpa edən aparat konstruksiya edib, düzəldə bilmiş Yəzd Sənaye Universitetinin mühəndislik ixtisası üzrə iki tələbəsi İran tələbələrinin xəbər agentliyi- ISNA ilə müsahibədə deyib: Bu aparatla son dərəcə dəqiq nəzarətlə yara məkanında vakuum təzyiqi yaranır. Bu təzyiq yara yerində qançatdırmanı artırıb, yaranın üfunəti və ifrazlarını xüsusi bir qaba toplayaraq, yaranın yaxşılaşmasına səbəb olur.
Bu aparat vakuum təzyiqinin müəyyən miqdarını tənzim edib, dərman aşılayıb, yaranı yumaqla binti açmadan yaranın yaxşılaşmasına kömək edə bilər.
Bu aparatda yaranın yuyulduğu yerdə dərmanaşılama sistemi mövcuddur.
Aparatda mövcud olan zamanölçən həkimə bu imkanı verir ki, sormaya, dərman aşılamasına və yumaya lazım olan zamanı nəzarətə alınmış formada yaraya tətbiq etsin. Buna görə, aşağı dozalı dərmanla üfunətin və mikrobun yaraya daxil olmasının qarşısnı alaraq, daha az mənfi təsirlərlə müxtəlif yaraların sağalmasını mümkün edir.
Diabet xəstələrində yaranın bərpasının cəmiyyətin əsas problemlərindən olmasına və bu cür yaraların müalicəsi üzrə maksimum halların xəstənin bədən üzvünün kəsilməsi ilə nəticələnməsinə görə, ümid edilir ki, bu aparatın istehsalı müxtəlif yaraların yaxşılaşması və bərpası, eləcə də diabet xəstələrinin bədən üzvünün kəsilməsinin qarşısının alınmasına böyük kömək edəcək.
T-19

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-04-08 19:35:58 | Kateqoriya: Səhiyyə | İzlənilib: 664 | Bəyənib: 0