Bazar Ertəsi 28 May 2018
Yenilənib Şənbə 23 May

Əlaqədar



watch now!

Şrift ölçüsü :  

Yaddaşı gücləndirən yeməklər

SəhərTV,xəbərlər--Çoxları fikirləşir ki, yaş ötdükcə yaddaşları zəifləyir hal bu ki, balıq, bal, müxtəlif növlü tərəvəzlər, tərkibində vitamin B olan qida maddələri yaddaşı gücləndirə bilər.
Səmərəli qidalanma üzrə mütəxəssis Vəhid İrfani deyir: qidalanmanın bütün bədən orqanları o cümlədən də beyin üzərinin fəaliyyətinə təsiri artıq sübut olunmuşdur. Tədqiqatçılar müxtəlif növlü qida maddələrinin beyin fəaliyyətlərinə təsiri üzərində araşdırmalar aparıblar və məlum olub ki, bu sahədə balıq, balıq yağı yaddaşın güclənməsi və beyin fəaliyyətinin keyfiyyətinin yaxşılaşmasında ən çox rol oynayan qida maddələridirlər.
İrfani çox balıq yeyən adamların əsəb təzyiqləri, təmərküzün itirilməsi və yaddaşın zəifləməsi kimi problemlərlə az üzləşdiklərini bildirib və deyir: Balığın tərkibində olan OMEGA-3 yağı beyin iltihablarını azaldır və beyni mühafizə edir, eyni zamanda uşaqlarda beynin normal inkişafı üçün vacib rol oynayır.
İfrani meyvə və tərəvəzin beyin fəaliyyətləri və yaddaşa olan təsirləri barədə isə deyib: Meyvə və tərəvəzin böyük miqdarda Anti oksidana və vitaminlərə malik olduğunu nəzərə alaraq, bu kimi qida maddələrindən istifadə erkən yaşlanma və beynin qocalmasının qarşısını alaraq həm də infarkt ehtimalını da 11 faiz azaldır.
Qidalanma üzrə bu mütəxəssis deyib: tədqiqatlar göstərir ki, zoğal və üzüm beyin hüceyrələri arasında əlaqə qabiliyyətini artırır və ispanaq və çiyələk yaşlanma nəticəsində beyin fəaliyyətlərində yaranan zəifləmənin qarşısını alır.
İrfani qırmızı üzüm, portağal, gilas, kivi, banan, alma, alı, hulu, armud, xiyar və zoğalın qidalanma halqasına daxil edilməsini vurğulayaraq, kahı, cücərmiş buğda, xam ispanaq, badımcan, sarımsaq, qırmızı bibər, soğan və qarğıdalının da salatlar və suplar tərkibində istifadə olunmasını tövsiyə edib.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-03-09 09:04:07 | Kateqoriya: Səhiyyə | İzlənilib: 1485 | Bəyənib: 0