Bazar Ertəsi 21 May 2018
Yenilənib Şənbə 23 May

Əlaqədar



watch now!

Şrift ölçüsü :  

Nə üçün şeytanpərəstlik Azərbaycanda?

SəhərTV--Azərbaycan Respublikasında şeytanpərəstlik inkişaf etməkdədir. Bəziləri deyirlər ki, hökumət də şeytanpərəstlik orqanları yaratmaq və bəzi yüksək vəzifəli rəsmilərin həyat yoldaşları şeytanpərəstlik simvoluna malik paltarlar geyməklə əslində onun yayılması üçün yol açıblar.


Şeytanpərəstlik haradan gəlib?
Şeytan ayininin başçıları daim gənclərin nakamlıqları və məhrumluqlarına işarə edib, müxtəlif dillərlə bu dərdi təkrar edirlər.
Bu gün şeytanpərəstlik tez ötüb keçən bir hərəkətdən daha geniş mənəviyyat iddiası ilə meydana gəlib. Bu xüsusiyyət yayılmış təsəvvürün əksinə olaraq, cazibələrə malikdir ki, bu ayinin təlimləri haqda aydın təsəvvürə malik olmayan kəslər üçün onu dərk etmək son dərəcə çətindir. Şeytanpərəstlik anlamının yenidən öyrənilməsi üçün höccət-ul-islam Həmzə Şərifidustun qələmindən çıxmış “Yeni meydana gəlmiş mənəviyyatlarda axtarış” kitabını vərəqlədik:


Bu gün şeytanpərəstlik iki cərəyan və şaxə formasında yayılıb: 
1- Satenism
Bu, Antuan Sandor Lavinin başçılığı ilə tanınan Lavi şeytanpərəstliyidir. O, “Şeytan kilsəsi”ni 1966-cı ildə təsis edərək, özünü bu kilsənin papası elan etdi və 1969-cu ildə “Şeytan incili”ni nəşr etdirdi. Bu qrup bu qənaətdədir ki, şeytan adında varlıq xarici və real görünüşə malik deyil və şeytan yalnız həvəs, arzular və ləzzətistəmənin təzahürüdür.
2- Setianism qolu
Bu qolun əsası Antuan Lavinin dostu- Maykl Akino tərəfindən qoyulub. O, Lavinin şeytanın mövcudluğuna olan baxışından fərqli bir baxışla San-Fransiskoda “Set məbədi”nin əsasını qoydu. Maykl Akino Lavinin əksinə olaraq, şeytanın xarici görünüşü və şeytanın varlıq dünyasının tədbirində fövqəladə qüdrətinə inanırdı. Akino şeytanın varlığa xaricdən yiyələnməsi və bu yiyəlnməyə zəmin yaratmaq üçün öz yolunu Lavidən ayırdı və Lavinin “Şeytan kilsəsi”nin qarşılığında “Set məbədi”ni təsis etdi.


* Cəzb və yayma üsulları
Bu gün şeytanpərəstlik müxtəlif üsullardan istifadə edərək, özünü müasir insanın beyin və ürək səfhəsinə yaxınlaşdırmağa səy göstərir. Bu məsləkdə təbliğat üsullarından bir qismi fikir və beyini qaneetmə istiqamətində, digər bir dəstə rəftarda dəyişiklik hədəfi ilə, başqa bir qismi isə emosiyalar və həyəcanları işə götürmək üçün konstruksiya edilibdir. Şeytanpərəstlik cərəyanının yayılması üzrə ən mühüm metodlar bunlardır:


- Qüdrət vədi
Şeytanpərəstlik bu gün Qərbdə bir qrup gənc üçün cazibədardır. Bu cazibədarlıq əsasən qənaətbəxş olmağa görə deyil, boşluqları doldurmaq sahəsində “əvəzedici rolu”nu üzərinə götürdüyü üçün gənclər və yeniyetmələrin diqqəti və rəğbətinə səbəb olur. Sənaye ölkələrində bir tərəfdən, sosial mürəkkəbliyin artması və texnoloji inkişaf, digər tərəfdən də sürətli cismani və cinsi dəyişikliklər gənclər arasında nigarançılıq və qorxu hissini yaradıbdır.
Cənclər adətən qorxu hissini əks-qorxu rəftarları ilə dəf edirlər. Əks-qorxu davranışları dolayısı ilə və təhlükəli və xətər qəbul edən rəftarlar formasında büruzə verirlər. Cənc üçün həyati olan məsələ, qorxu və tərəddüddən irəli gələn iztiraba ələ almaqdır. Belə bir şəraitdə bəziləri narkomaddələr və spirtli içkilərə sığınır, başqa biriləri də ultraqüdrətlərin sorağına gedirlər.
Məhz belə bir halda, şeytanpərəstliyin ən böyük cazibədarlığı özünü real həll yolu formasında göstərir və o da qüdrət vədidir. Şeytanpərəstlik şeytan adlı bir qüvvəyə çağırdığı və bu qüvvəni sonsuz qüdrətlərə malik bir qüvvə kimi təqdim etdiyi üçün öz davamçılarına “daha  qüdrətliolma” vədini verir.
Şeytanpərəstli ayinində iki üsula təkid olunur. “Qüdrətlə yaşama” hədəf kimi izlənilir; bir tərəfdən, daxili maneənin aradan qaldırılması kimi günah və peşmançılıq hissi götürülür, digər tərəfdən də xarici bir söykənmə nöqtəsinin göstərilməsi kimi şeytanın qüdrətlərinə üz tutmaya təkid edilir.
Şeytanpərəstlikdə narkotik və xülyalar yaradan maddələrdən istifadə aşılanır və hətta təşvişlərdən xilas olmaq və qorxu və vahimələrdən qaçmaq üzrə ən son metod olan intihar kimi həll yolu təsdiq edilir.
Lavi bir tərəfdən, dinin insanın bütün ehtiyclarına cavab verə bilmədiyini iddia edərək, ilahi dinləri faydasız bilib, müraciət etdiyi kəslərin tövhid dinlərinə daha artıq bədbin olaraq, dinlər haqda tamamilə neqativ təsvir əldə etmələrinə çalışır, digər tərəfdən də insanı dinlər əleyhinə olan bir şeyə dəvət edir.
O, özünə zəhmət verib, şeytan tərəfindən onun tərəfdarlarına hansı güc  və qüdrətin verildiyini demədən xristianların zəifliyindən danışaraq, şeytanpərəstlərin qüdrəti nəticəsini alır.
Qərbli gənclər ailədə mehribanlıq və səmimilik ləzzəti və psixoloji təhlükəsizlikdən bəhrələnməyiblər, digər tərəfdən də maşın həyatının kənarında acizlik, nakamlıq və zəiflik hissini təcrübə ediblər və hamısından daha mühümü, mühitin dəyişdirilməsində özlərini aciz görürlər. Təbiidir ki, bu psixoloji durum “təhlükəsizlik” və “qüdrət”ə dəvət üçün münasib zəmindir. Belə bir vəziyyətdə insanlar hətta “güc xülyası” və “qüdrət xəyalı”na da razıdırlar, zira xəyal əməldə reallıq olmasa da adam üçün xəyali bir söykənəcək yarada bilər.
Onların təcili ehtiyacları, həqiqi qüdrət və real özünəinam deyil, emosiya və öz şəxsiyyəti barədə əminedici bir təsvirdir.  Şeytanpərəstlikdə qabarıqlaşdırılan məsələ, bu ehtiyacdan danışmaq və gənclərin dərdinə işarə etməkdir. Şeytanpərəstlik belə bir çatışmazlıq barədə düzgün bir dərkə malik  olduğunu göstərməyə çalışır. Bu səbəbdən, şeytan ayininin başçıları daim ictimai problemlərə, gənclərin uğursuzluqlarına və onların məhrumluqlarına işarə edərək, müxtəlif dillərlə bu dərdi təkrar edirlər.
Lavi tərəfindən yazılmış “Şeytan incili” kitabında aləmdə zülm və təcavüz simvolu kimi qara əlamətinin və şeytani bir rəng kimi qara rənginin seçilməsi məhz bu məqsədlə həyata keçiriilibdir.  Qabriel(Cəbrayıl) filmində hətta mələklər də aciz və məğlubolmuş kimi təsvir olunurlar, belə ki, filmin bütün səhnələri qaranlıqla qarışıbdır və işıq və ədalətdən bir əlamət gözə görünmür. Bu Hollivud məhsulunda bütün qüdrət və qüvvənin şeytana aid olduğu üçün belə qüdrətli bir həyata nailolma şeytan ilə əlaqədə olmaqla təqdim edilir və nəticə etibarı ilə təşvişlərə son qoyulması və qaydazızlıqların qaydaya salınması da yalnız şeytandan gözlənilir.
Lavi başqalarından istəyir ki, müxaliflərin ürəklərində qorxu və dəhşət hissi yaratmaqla özləri üçün qüdrət kəsb etsinlər, daxili əzab amili olan günah hissini kənara qoysun və günah etməklə özlərinin müsbət həyəcanlarını inkişaf etdirsinlər və dini kənara qoymaqla öz vicdan əzablarına son qoysunlar. Şeytanpərəstlikdə hətta valideyn və başqalarının aldadılması nəinki dəyərdir, həm də bu, qüdrətdən bir nişanə kimi təqdim olunur. Şeytanın davamçıları şeytanpərəstlikdə sirli və sirlə dolu mərasimi də bir növ qüdrət elmi kimi dəyərləndirirlər. Şeytanpərəstlikdə fövqəladə şeytani qüvvələrə söykənmə və şeytanın qüdrətindən istifadə olan ən yüksək güc amili bütün qüvvələrin başçısı və “tam qüdrət” simvolu kimi təqdim və təbliğ olunur.
T-13

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-03-04 18:51:33 | Kateqoriya: Səhiyyə | İzlənilib: 739 | Bəyənib: 0