Şənbə 20 Oktyabr 2018
Yenilənib Şənbə 23 May

Əlaqədar



watch now!

Şrift ölçüsü :  

Yeməklərin , nəmişlik, tarakan və yuyucu maddələrin iyi asmaya səbəb olur

SəhərTV,xəbərlər--İranın asma və allergiya cəmiyyətinin üzvü deyir: qızarılmış yeməklər, yuyucu maddələr, tarakan və nəmişlik iyi asmanı gücləndirir.
Məryəm Məhlucirad deyib: müasir binalarda sağlam vəziyyət yoxdur ona görə ki, mətbəx mənzilin ortasında yerləşir və evdə havanın dəyişmə sisteminin olmadığına görə yeməyin iyi bütün evə yayılır və mənzildə allergiyaya səbəb olan amillərin cəmləşməsinə və nəticədə asmaya gətirib çıxarır.
Məhlucirad deyib: evin içərisində nəmişlik məsələsinə də diqqət yetirilməlidir. Rütubət həddi artmamalıdır yoxsa kiflənməyə gətirib çıxarır.
Asma və allergiya üzrə mütəxəssis həkim bildirib ki, mənzil daxilində asmaya səbəb olan amillərdən biri də, tarakandır. Gecələr kanalizasiyaya gedən yollar bağlanmalı, yuyulmamış qablar olmamalı və evdə kimsənin olmadığı vaxtlar uyğun zəhərlərdən istifadə olunmalıdır.
Mütəxəssis həkim tünd iyi olan yuyucu maddələrin asmaya səbəb olan digər amillərdən biri olduğunu bildirərək deyib: paltar ağardıcı və keramika ağardıcı maddələrdən istifadə məhdudlaşdırılmalıdır həmçinin hava təmizləmə sisteminə malik olmayan mənzillərdə siqaret çəkmək olmaz.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-02-27 09:13:43 | Kateqoriya: Səhiyyə | İzlənilib: 663 | Bəyənib: 0