Çərşənbə Axşamı 22 May 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ərəbistandakı Rədif hərbi bazası yəmənlilərin nəzarətinə keçdi

Yəmən ordusu və xalq qüvvələri bu gün günortadan öncə Ərəbistan ərazisində əl-Rədif dağı hərbi məntəqəsini nəzarətə götürüblər. Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Ərəbistan ərazisində əl-Rədif dağı hərbi məntəqəsini nəzarətə götürüblər.
Bu hadisə Yəmən qüvvələrinin əl-Rədif məntəqəsində ərəbistanlı hərbçilərlə döyüşündən sonra baş verib. Ötən gün də Yəməndəki xəbər mənbələri Yəmənlə sərhəd bölgələrində gedən döyüşlərdə 20-dən çox ərəbistanlı hərbçinin öldürüldüyünü bildirmişdilər.
Əl-Minar-ın məlumatına görə, əl-Rədifdəki döyüşlərdə Ərəbistanın onlarla hərbi avtomobili məhv edilib və Səudiyyə Ərəbistanı ordusunun hərbçiləri döyüş məntəqəsindən qaçıblar.
Bu məlumata görə, Yəmən ordusu və xalq qüvvələri Əbu əl-Kəssaf qülləsi və əl-Rədif hərbi bazasını 50 top atəşinə tutublar.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 15:34:43 | Kateqoriya: Dünya | İzlənilib: 233 | Bəyənib: 0