Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May

Əlaqədar



watch now!

Şrift ölçüsü :  

“Facebook” rüsvayçılıqdır...

SəhərTV,Xəbərlər – Amerikada Şimal-Qərb Universiteti (ingiliscə: Northwestern Universitety) tərəfindən aparılan araşdırmaların nəticələrinə görə “Facebook” istifadəçilərindən 29%-i paylaşdığı rüsvayçı təsvirlər və videogörüntülər ilə öz həqiqi simasını itirib.
Bu elmi mərkəz tərəfindən aparılan araşdırmaların nəticələrinə görə, gənclər bu rüsvayçı fotoşəkillər və videogörüntülərin başlıca qurbanı sayılırlar. Belə ki, insanların şəxsiyyətinə xələl gətirən bu görüntülər, onların icazəsi olmadan paylaşılıb.
Pornoqrafik filmlər və çılpaq şəkillər paylaşan şəxslər əsasən intiqam almaq ardınca olublar. Bəziləri nəhs meyllərini əsas tutaraq, heç bir araşdırma aparmadan bu işləri görürlər ki, bəlkə nəzərdə tutduqları şəxsi bədənini satmağa razı sala bilsinlər.
İnsanlar barədə olan açıq-saçıq görüntülər və fotoşəkillər əsasən gəncləri əhatə edir ki, hazırda bu təsvirlərin sosial şəbəkələrdə ictimailəşdirilməsinə görə, onlar yalnız cəmiyyətdə deyil, ailə içində də rüsvayçı vəziyyətlə üzləşiblər.
Şimal-Qərb Universitetinin bu hesabatında bildirilir ki, orta hesabla cinsi münasibətlərdə olan hər 10 şərikdən biri digərləri ilə olan qeyri-qanuni cinsi əlaqələri ilə bağlı təsvirləri sosial şəbəkələrdə paylaşır. Bu yolla qarşı tərəfi, özünün növbəti çirkin istəkləri müqabilində ram etmək istəyir.
Həmçinin maraqlıdır ki, şantaj edənlərin 60%-i qarşı tərəfi dəfələrlə təhdid etdikdən sonra öz qeyri-qanuni şəriki ilə bağlı görüntüləri sosial şəbəkələrdə paylaşaraq, qarşı tərəfə bir növ ultimatum vermiş olub.
Şimal-Qərb Universiteti bildirir ki, görüntüləri yayımlanan şəxslərin çoxu bir növ vicdanı qarşısında özünü günahkar bilir və ruhi xəstəliklərə düçar olur. Bu kimi məsələlərin ən pis təsiri isə onların iş mühitindən kənarlaşdırılmalarıdır.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-01-25 11:37:42 | Kateqoriya: Səhiyyə | İzlənilib: 1587 | Bəyənib: 0