Şənbə 25 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

“Ermənilərin bacarmadığını məmurlarımız bacarmaqdadır”

Xəbər verdiyimiz kimi, dünən Qarabağ qazisi Mirtahir Mürsəlov Cəlilabad Rayon Polis İdarəsinin qarşısında özünü yandırıb. Qazinin qardaşının verdiyi məlumata görə, səbəb, rayon rəhbərliyinin Qarabağ veteranının problemlərinə olan biganəliyi olub. Məsələ ilə bağlı açıqlama verən QAT sədri Akif Nağı son vaxtlar məmur laqeydliyi səbəbi ilə intihar edən müharibə iştirakçılarının sayına, problemin mahiyyətinə diqqət çəkdi. A.Nağı erməni gülləsinin bacarmadığını məmur laqeydliyinin bacardığını, ermənilərin öldürə bilmədiyi qazilərin məmur biganəliyi nəticəsində öldüyünü vurğuladı:
“Təəsüflər olsun ki, ermənilərin öldürə bilmədiyi döyüşçülərimizi məmur laqeydliyinin öldürdüyü, intihara vadar etdiyi bir həqiqətdir. Bu gün ölkə məmurları öz biganəlikləri, etinasızlıqları ilə müharibə əlillərini, müharibə veteranlarını ölümə təhrik edir. Halbuki, bu insanların problemlərini dinləmək, bu problemləri həll etmək mümkündür. Bu gün məmur özbaşınalığı, məmur harınlığı ölkəmiz üçün çox ciddi təhlükəyə çevrilib.
Bu təhlükənin qarşısı alınmasa, qarşıda daha ciddi problemlərlə üzləşəcəyimiz şübhəsizdir”.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-21 14:47:11 | Kateqoriya: Azərbaycan | İzlənilib: 327 | Bəyənib: 0