Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

“Erməni idmançılar Bakıya gəlməməlidir”- Akif Nağı

Qarabağ Azadlıq Təşkilatı erməni idmançılarını Bakıya dəvət edənlərə xəbərdarlıq etdi. Ermənistan idmançıları Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək. Ermənistan millisinin Avropa Oyunlarında iştirak edəcəyi idman növləri məlum olub.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, işğalçı dövlət Azərbaycanın ev sahibliyi etdiyi yarışmada iştirak edə bilməz.
A.Nağı vurğuladı: “Ermənistan idmançılarını Bakıya dəvət edənlər də bunu düşünsünlər. Biz onların Bakıya gəlməsinin əleyhinəyik və ermənilərin burada yerləşməsinə imkan verməyəcəyik.”
A.Nağı aksiyalar və digər tədbirlərin keçiriləcəyini, həbsdən qorxmadığını söylədi.

Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-03-12 11:24:41 | Kateqoriya: Qarabağ | İzlənilib: 286 | Bəyənib: 0