Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ərəbistanda İmam Əli(ə) məscidinə qarşı terror hücumu qurbanlarının sayı 19-a çatdı

Ərəbistanın Qətif vilayətinin əl-Qədih məntəqəsində yerləşən İmam Əli(ə) məscidinə qarşı terror hücumunda şəhid olanların sayı 19-a çatıb. Beynəlxalq Səhər Kanalının əl-Əhd informasiya portalına istinadlı məlumatına görə, Ərəbistanın şərqində yerləşən Qətif vilayətinin əl-Qədih məntəqəsində, İmam Əli(ə) məscidində partlayışın törədildiyi zaman insanlar namaz qılmaqla məşğul olublar. Bu üzdən hadisənin insan tələfatı çox olub.
Ərəbistanın Daxil İşlər Nazirliyi bu terror aktını təsdiq edib.
Məsciddə namaz qılmaqla məşğul olanlar terror aktının ardınca dərhal bu terror aktı əleyhinə etiraz aksiyası təşkil edib, onu kəskin formada pisləyiblər.
Hadisə İmam Hüseyn(ə)-ın səadətli mövlüd günündə baş verib. Aksiya iştirakçıları "Ləbbeyk Ya Hüseyn(ə)" şüarı veriblər.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-22 19:07:33 | Kateqoriya: Dünya | İzlənilib: 217 | Bəyənib: 0