Ərəbistanda şiə məscidinə hücum; hadisə qurbanlarının sayı 15-ə yüksəlidi
Ərəbistanın şərqində, Qətif məntəqəsində şiələrə məxsus İmam Əli(ə) məscidinə edilən hücumda 15 nəfərin şəhid olduğu, 20 nəfərin isə yaralandığı bildirilir. Beynəlxalq Səhər Kanalının İSNA-ya istinadla verdiyi məlumata görə, Livanın əl-Əhd informasiya portalı bu barədə yazır: "Ərəbistanın Qətif vilayətində, Qədih şəhərində yerləşən İmam Əli(ə) məscidinə edilən hücumda 15 nəfər şəhid olub, 20 nəfər də yaralanıb. Bu terror aktı insanların məsciddə namaz qılmaqla məşğul olduqları zaman baş verib."