Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ərəbistanın Qətif vilayətində namazqılanlara qarşı terror hücumu pislənilir

İran Xarici İşlər Nazirliyinin sözçüsü çoxlu sayda günahsız insanın şəhid olması və yaralanması ilə nəticələnmiş Ərəbistanın Qətif vilayətinin Əlqədih məntəqəsindəki İmam Əli(ə) məscidinin namazqılanlarına qarşı terror hücumunu şiddətlə pisləyib. Səhər kanalının məlumatına görə, Mərziyyə Əfxəm dünən axşam bu terror hadisəsinin amillərinin aşkarlanması və cəzalandırılması vacibliyini vurğulayaraq, belə qeyd edib: Terrorçu və ifratçı qruplarla mübarizə, xarici avantüraların olmaması və əvəziçıxılmaz xərclərin region xalqlarına qəbul etdirilməsinin dayandırılması ilk növbədə atılmalı olan addımlardır.
Livan Hizbullahı da dünən axşam bir bəyanatda bu terror partlayışı amillərinin hərəkətlərini pisləyərək bildirib ki, namazın mənası barədə heç bir məlumatı olmayan təkfriçi və terrorçu qruplar İslam dünyasında dini mərkəzləri və məscidləri hədəfə alırlar və onların niyyəti, müsəlmanlar arasında tayfa və məzhəb ixtilafları yaratmaqdır.
BMT-nin baş katibi də bu terror hücumunu şiddətlə pislədi.
Ban Ki Mun bir bəyanatda müqəddəs məkanlara qarşı hücumu hiddətdoğurucu və bu hərəkətləri məzhəbi təfriqələr üzrə cəhd adlandırıb.
Ərəbistanın Qətif vilayətində, Əlqədih məntəqəsindəki İmam Əli(ə) məscidində törədilən terror aktına qarşı qınaqlar davam edir. Bir çox ölkə və beynəlxalq təşkilatlar bəyanatlar yayaraq, bu hadisəni pisləyirlər. O cümlədən İngiltərə, Pakistan, Livan, İslam Əməkdaşlıq Təşkilatı(İƏT) və BMT Təhlükəsizlik Şurası da bəyanatlar yayaraq, bu cinayət hadisəsini qınayıblar.
Dünən Ərəbistanın Qətif vilayətinin Əlqədih məntəqəsindəki İmam Əli(ə) məscidinə qarşı terror hücumunun indiyədək olan nəticəsi, 22 şəhid və 100 yaraldır.
Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2015-05-23 07:55:26 | Kateqoriya: Dünya | İzlənilib: 211 | Bəyənib: 0