Çərşənbə Axşamı 21 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Öskürək və boğaz ağrısı üçün təbii vasitələr

Səhər TV, Səhiyyə—İsti içəcəklər və qarqara

 

Müxtəlif təbii qida maddələri və bitkilər faydalı təsirlərə malikdir. Onlardan istifadə edərək, faydalı içəcəklər və dəmləmələr hazırlamaq olar.

Limondan hazırlanmış isti içəcək

Boğaz ağrısı üçün ən yaxşı və təsirli vasitələrdən biri isti su, limon və bal qarışığından hazırlanmış içəcəkdir. Yarım ədəd limonun suyunu bir çay qaşığı bal ilə 250 qram isti suda qarışdırın. Limonun tərkibində olan anti-oksidlər(Flanoidlər) boğazda iltihabın azalmasına səbəb olur. Həmçinin, bu qarışımda proteinin daha az qatılığa malik olması da iltihabın azalmasına kömək edir.


Duzlu su ilə qarqara etmək

Bu, boğaz ağrısını azaltmaq üçün ən sadə və bəsit metod sayılır. Lazım olduğu təqdirdə gün ərzində bir neçə dəfə təkrarlamaq olar. Bu qarışımı hazırlamaq üçün bir çay qaşığı duzu 250 qram qaynar su ilə qarışdırın. Daha sonra soyumasını gözləyin. 2-3 saatdan bir qarqara etmək olar. Duz anti-bakteriyal xüsusiyyətə malikdir və boğaz ağrısına səbəb olan bakteriyaların azalmasına səbəb olur.


Bikarbonat Sodium ilə qarqara etmək


Duzlu su ilə qarqara etməklə yanaşı, bikarbonat sodiumdan da istifadə etmək olar. Xalq yanında soda adıilə tanınan bu maddə duz kimi bakteriyaların fəaliyyətini məhdudlaşdırır və əlbəttə sağlamlıq üçün də heç bir zərəri yoxdur. Ondan, digər ağız və diş yuyucuları kimi istifadə etmək olar.


İsti içkilər

Evdə hazırlanmış şərbətlər də tibbi şərbətləri əvəz edəcək yaxşı vasitə sayılır. Onlar da digər içkilər kimi bitkilər və təbii vasitələrdən hazırlanır.


Soğan şərbəti

Soğan malik olduğu anti-oksidlərə görə immun sistemini möhkəmləndirməklə yanaşı, bədənin təbii vəziyyətə qayıdışını da sürətləndirir.  Soğan şərbəti hazırlamaq üçün 6 ədəd doğranmış soğanı yarım stəkan bal ilə qarışdırıb, az hərarətdə isidin. Sonra süzgəcdən keçirin. Əldə edilən şərbət sizin üçün xeyli faydalıdır.


Mixək şərbəti


Mixək ağrıkəsici xüsusiyyətinə malikdir. Bu da boğaz ağrılarını azaltmaq üçün təsirli vasitə sayılır. Bu şərbəti hazırlamaq xeyli asandır. 5-6 ədəd mixəki 250 qram bal ilə qarışdırıb, bir gecə soyuducuda saxlayın. Səhərisi gün mixəkləri çıxardın və şərbət hazırdır.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-02-22 11:00:26 | Kateqoriya: Səhiyyə | İzlənilib: 4383 | Bəyənib: 2