Bazar Ertəsi 25 Sentyabr 2017
Yenilənib Şənbə 23 May

Əlaqədar


Şrift ölçüsü :  

Nə üçün Mütəhərri atası haqda “ruhi fədak”(canım sənə qurban) ifadəsindən istifadə edərdi?

Səhər TV, xəbərlər- Tələbəlik dövründə və ondan sonra ustad şəhid Mütəhərridən atasına yetmişdən yuxarı məktub yadigar qalıbdır ki, onların hamısında atasına “ruhi fədak” ifadəsi ilə müraciət edibdir.
Ustad şəhid Murtaza Mütəhərrinin atası- Mərhum Hacı Şeyx Məhəmməd Hüseyn elə nurani simaya malik idi ki, VVAQ şöbəsi məmuru şəxslərin familiyalarını müəyyən etmək üçün Fərimana gedəndə o nurani simanı müşahidə edərək, onun üçün “Mütəhərri” adını seçdi və məhz belə oldu ki, bu xanədanın familiyası Mütəhərri oldu.
Ustad Mütəhərri belə nəql edir ki, o böyük din alimi- Mərhum Hacı Şeyx Məhəmməd Hüseyn obaşdanlar başqa bir əhval-ruhiyyəyə malik idi, allahı ilə dərdi-dil, göz yaşları və ah, dua və Quran qiraəti onun munisi idi.
Bu barədə Həzrəti Ayətullah-ul-uzma Xamenei belə deyiblər: “... Onun atası(Şeyx Məhəmməd Hüseyn Mütəhərri) o ruhanilərdən idi ki, mənəvi, zahidlik və dini pəhriz baxımından ali bir şəxs idi.”
Mərhum Mütəhərri öz atasına böyük hörmət bəslər və atasının hörmətini maksimum və misilsiz həddə saxlayardı. Mən heç vaxt görmədim ki, o, atasının qarşısında zarafat etsin.
Dəfələrlə olmuşdu ki, Məşhəddə Mütəhərri ilə keçirdiyimiz iclaslarda onun atası da iştirak edirdi. O, atasının qarşısında son dərəcə ədəbli davranardı! Bu ondan xəbər verirdi ki, dərindən atasına hörmət bəsləyirdi. Onun özü də dəfələrlə deyərdi: Mən ibadətlə ünsiyyət və islami əxlaq və zikri atamdan öyrənmişəm.”...
Şəhid Mütəhərri “Dastane Rastan” kitabının müqəddiməsində atası(müəzzəmulləh)-ə işarə ilə yazıb: Bu cüzi əsəri ilk dəfə olaraq, imanı və təqvası məni düz yol ilə tanış etmiş möhtərəm atam- Cənab Şeyx Məhəmməd Hüseyn Mütəhərri(damət bərəkatuh)-a ithaf edirəm.
Başqa bir yerdə o şəhid, atasını belə yad edir: “Bu şərəfli insan heç vaxt yuxu vaxtını gecədən üç saat sonraya təxirə düşməyə qoymazdı, minimum səhərin açılmasına iki saat qalmış və cümə gecələrində sübhün açılmasından üç saat öncə oyanar, Qurandan minimum oxuduğu bir cüzvə olardı və gecə namazını necə də ürəklə və xatircəmliklə qılardı. Son illərdə ömründən təqribən yüz ilin keçməsinə rəğmən, heç vaxt görmədim ki, bir aramsız yuxuya malik olmuş olsun. Bu, məhz həmin mənəvi ləzzət idi ki, onu belə saxlayırdı. Bir gecə olmazdı ki, ata-anasını dua etməsin... qohumları və haqqı olanları yad etməsin.”...
Tələbəlik dövründə və ondan sonra ustad şəhid Mütəhərridən atasına yetmişdən yuxarı məktub yadigar qalıbdır ki, onların hamısında atasına “ruhi fədak” ifadəsi ilə müraciət edib. 
Şəhid ustad öz tərəqqisinin amilini valideyninə hörmət və ehsan bilərdi; belə ki, onun övladı belə nəql edir: Bir gün atam mənə dedi: “Öz işlərim və varlıq sirlərim haqda düşünərkən hiss edirəm ki, həyatımda xeyir-bərəkətə səbəb olan və daim ilahi diqqət və lütfkarlığı mənim halıma şamil edən məsələlərdən biri, öz valideynlərimə, xüsusən onların qocalıq və xəstəlik dövrlərində etdiyim hədsiz hörmət və yaxşılıqdır. Mənəvi və mehriban diqqətdən əlavə, qüdrətim imkan verən həddədək yaşayış xərcləri baxımından onlara yardım etmişəm.”


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-05-03 23:04:24 | Kateqoriya: İRAN | İzlənilib: 1050 | Bəyənib: 0