Çərşənbə Axşamı 16 Oktyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Milad Qülləsində ramazan

Səhər TV-- Tehranın Milad Qülləsi Kompleksi il boyu və müxtəlif münasibətlərlə çeşidli tədbirlər keçirir və bu tədbirlər xalq kütlələrinin iştirakı ilə hazırlanır.
Novruz, ramazan, yay, kəramət və vilayət ongünlüyü, məhərrəm və səfər və fəcr ongünlüyü 7 münasibətdir ki, həmin zamanlarda Milad Qülləsində bir çox tədbirlər keçirilir.
Bu 7 münasibətdə təşkilatçılar xalq qruplarının öz ailələri ilə iştirak edərək, çeşidli tədbirlərdən bəhrələnə bilmələri üçün bir mühit axtarırlar.
Milad Qülləsinin ən gözəl özəl tədbirlərindən biri, hər il ramazan ayı günlərində bu ay ilə bağlı hazırlanmış tədbirlərdir.
Tehranın Milad Qülləsi Kompleksi bir çox sahələrdə şad halal tədbirlər hazırlamaq üçün yeni bir dalğa yaratmağa çalışıb. Pavilyonların 70%-i pulsuz şəkildə ailələrə xidmət göstərir.
Ramazan festivalının beynəlxalq bölməsində müsəlmanların irsi, müsəlman ölkələrin mədəniyyət məhsulları, həmçinin onların mədəniyyət mərasimləri, o cümlədən ölkələrin yerli musiqiləri, turizm müşavirələri təqdim olunur.
Ramazan festivalında 10 pavilyon da İran köçəri tayfalarının mərasimlərinə ayrılır ki, bu pavilyonlarda İranın köçəri tayfalarının musiqiləri və iranlı köçəri tayfaların adət-ənənələri təqdim olunur.
Həmçinin bu kompleksdə iranlı yeməkləri dayanacağı, müsəlman xalqların yeməklərinin bişirilməsi və paylanmasının şahidi oluruq.
Ramazan festivalında proqnoz edilən xüsusi bölmə iranlı xeyirxah şəxslər tərəfindən tehranlı yetim uşaqların qidalandırılmasıdır. Belə ki, hər gecə Milad Qülləsində keçirilən ramazan şənliyində 100 yetim uşaq qidalandırılır.
Həmçinin Tehran şəhərinin 500-dən yuxarı qadın heyəti ən böyük “İmam Həsən Muctəba” nəzir süfrəsində iştirak edir. Bundan əlavə, Milad Qülləsinin bir mərtəbəsində dini pavilyonlar təşkil olunur ki, onlarda irani-islami tablo-xalçalar təqdim edilir. Dini və qurani kitablar üzrə nəşriyyatlar da pavilyonlara malikdirlər.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-07-12 09:48:52 | Kateqoriya: RAMAZAN | İzlənilib: 328 | Bəyənib: 0