Bazar Günü 24 Sentyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Müqavimət: Azərbaycan Qərbin təsiri altına düşməməlidir

Səhər TV--Əs-seyyid Əli Fəzlullah Beyrut şəhərinin imam cüməsi və mərhum əllamə Məhəmməd Hüseyn Fəzlullahın oğlu hicab qadağası ilə bağlı deyir: Qənaətimizcə, Müsəlman əhali müqavimət yolu ilə qələbəni əldə etdi. Fikrimizcə islama riayət etmək bir çox qələbələri reallaşdırır. Elə buna görə də Azərbaycan xalqı, habelə bütün müsəlman xalqlar islam və imanlarını vurğulasınlar. Çünki təhlükəsizlik sahili, izzət və azadlığa çatmağa səbəb olur. Dünyada bizi cahillikdən xilas edən və bir çox ehtiyaclarımızı təmin edən bu dinə ehtiyacımız var. Hicaba gəldikdə isə, bir çoxları ona bir növ zahiri geyim kimi baxırlar. Hicab qadının insanlığı və hisslərini bəyan edir. belə ki, ictimaiyyətə daxil olduğu zaman elə bir insan kimi daxil olmalıdır ki, dəyərlərə malik olduğu hiss olunsun. Habelə ictimaiyyət ona diqqət yetirdikdə, qərb ölkələrində olduğu kimi sırf bir qadın xeylağı kimi deyil, bir insan kimi diqqət yetirməlidir. Buna görə bizim qənaətimizcə, hicab ali dəyərlərə malikdir. Biz həmin dəyərləri bilməliyik. Fikrimizcə Azərbaycan xalqı bu dəyəri bilir və bu dəyəri özündə ehtiva edən islamın əhəmiyyətini başa düşür.
Qərbin təsiri altına düşməməli və qərbin dəyərli olduğunu düşünməməliyik. Bəlkə də qərbi elm və iqtisadiyyat kimi bəzi sahələrdə örnək götürək. Lakin onların təsiri altına düşməməliyik. Çünki bir çox mənfi məsələlərə malikdir və bizim onlar üçün həll yolumuz var. Habelə bir çox müsbət məsələlərə malikik. Azərbaycan xalqı öz inancına sadiq və dözümlü olmalıdır. Bəlkə də çətinliklər görsün. Necə ki, biz Livanda bir çox çətinliklərlə üzləşirdik. Lakin gec-tez qələbə onlarla olacaq. Təbiidir ki, Allahın rəsulu (s.ə.s) və Əhli-Beyt (ə) kimi ideyası olan insanlar çətinliklərlə qarşılaşmalıdırlar. Lakin sonda qalib olurlar. İslamı bütün xırdalıqları ilə vurğulamalıyıq və hicab da islamın bir parçasıdır.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2012-02-25 14:33:36 | Kateqoriya: HİCAB | İzlənilib: 1238 | Bəyənib: 4