Çərşənbə 18 Oktyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı

Səhər TV, Xəbərlər- İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İran xalqı qüdrətli hərəkət və seçki məntəqələrində maksimum iştirakla islami quruluş ilə möhkəm əlaqəsi və bağlılığını sübut və düşməni bir daha nakam və məyus edəcək.


İslam İnqilabının Böyük Rəhbəri- Həzrəti Ayətullah-ul-uzma Xamenei bu gün Həzrəti İmam Hüseyn(ə)-ın mübarək mövlud gününün ildönümündə xalqın müxtəlif təbəqələrindən minlərlə nəfərlə görüşdə qanunçuluğu xalqın prezident seçkilərində təqdirəlayiq dialoqu adlandırıb və xalqın seçkilərdə iştiraka olan şövqünü yüksək dəyərləndiriblər.
O həzrət Həzrəti İmam Hüseyn(ə)-ın bərəkətli mövlud gününü təbrik edərək, xalqın seçki üzrə maraq və şövqünü siyasi qəhrəmanlığın formalaşmasının nişanəsi adlandırıb və belə əlavə ediblər: Siyasi qəhrəmanlıq elə bu gündən başlanıb və xalqın ciddi-cəhdi, ümid və təvəkküllə cümə günü özünün kulminasiya nöqtəsinə çatacaq.
Həzrəti Ayətullah-ul-uzma Xamenei 14 iyun seçkilərinin xüsusi bir əhval-ruhiyyəyə malik olduğunu bildirərək, əlavə ediblər: İslam, inqilab və İranın düşmənləri özlərinin bütün maliyyə, media və siyasi imkanlarından istifadə edirlər ki, xalqı quruluşdan ayırsın və seçkilər, onu keçirən orqana bədbin etsinlər, lakin xalq cümə günü seçki məntəqələrində maksimum iştirakla özünün böyük qüdrətini nümayiş etdirərək, düşməni bir daha məğlubiyyətə uğramış və məyus edəcək.
O həzrət 14 iyun seçkilərini İran xalqı üçün mühüm və böyük təcrübə adlandıraraq, belə qeyd ediblər: Xalqın seçkilərdə vahid və müttəfiq şəkildə, şövq, qüdrət və ümidvarcasına iştirakı, habelə xalq ilə rəsmi şəxslərin qarşılıqlı etimadı qoruyub saxlamaları və gücləndirmələri düşmənin məyusluğu, təzyiqlərin azalması və düşmənin kəsərliliyinin aradan qalxmasına səbəb olacaq.
İslam İnqilabının Böyük Rəhbəri seçkilərin gedişini bu günədək yaxşı adlandırıb və deyiblər: Xalqın bu seçkilərdəki dialoqu qanunçuluqdur və bütün xalq hər yerdə qanuna sadiqliyin vacibliyindən danışır ki, bu məsələ son dərəcə dəyərli və qabarıqdır.
Həzrəti Ayətullah-ul-uzma Xamenei həmçinin səkkiz namizədin səkkiz təmayül və səkkiz cür baxışla televiziya və radio debatlarında çıxış etməsinin xalqın namizədlərin fikir və baxışlarından agah olmasına səbəb və İslami İranda söz azadlığının göstəricisi olduğunu deyib və milli medianın bu faydalı və dəyərli hərəkətinə görə təşəkkür edərək əlavə ediblər: İran İslam Respublikası quruluşuna töhmət vuranlar nərə çəkirlər ki, İranda azadlıq yoxdur və tribuna vermirlər, lakin hazırda onlar xəcalətli olublar.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2013-06-12 21:24:10 | Kateqoriya: BƏRƏKƏT MƏKANI | İzlənilib: 2106 | Bəyənib: 0