Cümə 23 Fevral 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranda ramazan adət-ənənələri

Səhər TV-- Mübarək ramazan ayının adət-ənənələri İran xalqının mühüm mədəniyyət mövzularından biridir və bu adət-ənənələr dini kökə malik olduqları üçün hamının diqqətinin özünə çəkibdir.
Ramazan ayında xalq şəri borcları yerinə yetirmək üçün ahəngdar şəkildə hazırlaşır və bu vəzifələri yerinə yetirmək üçün hər bir cəmiyyət və qrup özünəməxsus adət-ənənə ilə ramazan mərasimini keçirir.
Bu ay qədim zamanlardan bəri bu ölkənin xalqı üçün xüsusi əhval-ruhiyyə gətiribdir. İranın müxtəlif şəhərlərində də bu ayda müxtəlif adət-ənənələr keçirilərmiş.
Mübarək ramazan ayında bu diyarın mömin qadın və kişiləri üçün məscidlər və ya mənzillərdə Qurani-Məcidin qiraəti üzrə iclaslar xüsusi şövq və həyəcana malik olurlar.
Mübarək ramazan ayının 30 günü ərzində hər gün vəhy kəlamından bir cüz qiraət olunur ki, bütün Qurani-Məcid başa vurulmuş olsun.
Ümumiyyətlə İran xalqı şəban ayının on beşindən özünü ramazan ayını qarşılamağa hazırlayır.
Bu ayın gəlib çatması hər bir iranlının sevincinə səbəb olur. Onlar ramazan ayında kişidən qadına və qocadan gəncədək yüksək əhval-ruhiyyə ilə, fərizələrin yerinə yetirilməsindən başqa, bu aya məxsus olan bütün mərasimlərdə iştirak edirlər.
İranlılar bir qayda olaraq, ramazan ayını qarşılamağa gedir, mübarək ramazan ayınının başlanmasından ən azı bir həftə öncə bu feyz və bərəkətlə dolu aya daxil olmaq üzrə hazırlıqlar görürlər.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-07-12 09:56:43 | Kateqoriya: RAMAZAN | İzlənilib: 310 | Bəyənib: 0