Çərşənbə Axşamı 20 Noyabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İranın Ümumdünya Mədəni İrs Siyahısında qeydə alınmış irsi "Azərbaycan Kilsələri(Qara kilsə, Sent Stefanus kisləsi və Zurzur kilsəsi)"

Səhər TV— Qara Kilsə və ya Müqəddəs Tadeus kilsəsi Qərbi Azərbaycanda yerləşən tarixi kilsənin adıdır.

Bu kilsə Makunun cənubunda, Çaldıranın 20 kilometr şimal-şərqində eyni adlı kəndin kənarında yerləşir. Qara Kilsə eyni zamanda İsa Məsihin həvarilərindən olan Müqəddəs Tadeusun məqbərəsidir. O, 66-cı miladi ilində xristinalıq dinini təbliğ etməsinə görə qətlə yetirilir. Onun məzarı Qara Kilsədə yerləşir və Ermənilərin mühüm ziyarətgahlarından sayılır.
Sen Stefanus Kilsəsi və ya Müqəddəs Stefanus Kilsəsi İran ermənilərinin ikinci mühüm kilsəsi sayılır. Sen Stefanus Kilsəsi ermənilər üçün əhəmiyyət baxımından Qara Kilsədən sonra ikinci ən mühüm kilsə sayılır. Bu kilsə Şərqi Azərbaycanda, Culfa şəhərinin 17 kilometrliyində, Araz çayının cənubunda, 3 kilometr aralıda “Qızılvəng” adlanan yerdə yerləşir. Bu kilsə 9-cu əsrdə inşa edilib. Lakin, zəlzələ nəticəsində ciddi zərər və ziyanlar görüb. Səfəvilər dövründə bu kilsə yenidən bərpa edilib.
Zurzur kilsəsi Çaldıranda, Barun kəndinin yaxınlığında yerləşir. Xaç formasında olan bu kilsə daha çox kiçik bir ibadətgaha bənzəyir. Mədəni və tarixi baxımdan əhəmiyyət daşıdığı üçün İranın milli irsi siyahısına daxil edilmiş, daha sonra YUNESKO tərəfindən Ümumdünya Mədəni İrs Siyahısına adı salınmışdır.
Barun kəndi də müstəqil formada YUNESKO tərəfindən Ümümdünya Mədəni İrs Siyahısına daxil edilmişdir.
1367-ci ildə Barun səddinin istifadəyə verilməsinin ardınca kilsə olduğu kimi inşa edildiyi yerdən 600 metr aralıda daha hündür bir məkana köçürülmüşdür.
7 iyul 2008-ci ildə Qara kilsə kompleksi( Qara kilsə, Sen Stefanus kilsəsi və Zurzur kilsəsi) YUNESKO tərəfindən Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmişdir.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-04-14 10:21:32 | Kateqoriya: Ir-s | İzlənilib: 593 | Bəyənib: 0