Çərşənbə 18 Oktyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İnqilab Rəhbərinin Bəsice Mostəzəfin Təşkilatının Baş Assambleyasının üzvləri ilə görüşdə bəyanatı

Səhər TV, xəbərlər-- Əmr be məruf, yəni siz yaxşını yaymaq və ona əmr etməkdə və nəhy əz monkər, yəni çirkinlik və pislikdən çəkindirməkdə, müxtəlif yollarla onun qarşısını almaqda məsuliyyət daşıyırsınız. Bunun mənası nədir? Bunun mənası, cəmiyyətin ümumi sağlamlığı qarşısında məsuliyyətdir. Hamı məsuliyyət daşıyır- mən, siz, o birisi. Ya cihad məsələsi. İslam cihadı əslində İslam nuru, hidayət nurunun çatmaması üçün istibdad, imperializm və müstəmləkəçilik siyasətlərinin pərdəsi arxasında saxlanılmış xalqlara köməkdir. Cihad bu pərdələri və örtükləri cırmaqdır- islami cihad budur. Cihadın müdafiə və ya ibtidai olması və bu kimi məsələlər kənar məsələlərdir.


Əsas məsələ budur:

 

مالَکُم لا تُقاتِلونَ فی سَبیلِ الله وَ المُستَضعَفینَ مِنَ الرّجالِِ وَ النِّسآءِِ وَ الوِلدان

Nə üçün cihad, mübarizə etmir və döyüşmürsünüz Allahın yolunda və dərhal deyir ki: və zəiflərin yolunda, zəifləri xilas etmək üçün? Bu, məsuliyyət hissidir, yəni siz təhlükə meydanlarında zəifləri xilas etmək üçün öz canınızı əlinizə alıb, təhlükəyə salın. Bunun mənası elə həmin məsuliyyətdir. Və ya

مَن اَصبَحَ وَ لَم یَهتَمَّ بِاُمورِ المُسلِمین فَلَیسَ بِمُسلِم

kimi məşhur hədis və islami mətnlərdə mövcud olan çoxlu sayda ayə və rəvayətlər İslam dəlillərindəndir, yəni İslam insanı bu cür istəyib- məsuliyyətli olsun, insan həm özünə, həm yaxınlarına, həm cəmiyyətinə, həm də bəşəriyyətə qarşı məsuliyyətlidir. Və əgər gedib bu fikri islami mətnlərdə axtarsanız, bu ciddi-cəhd və bu məsuliyyət hissi barədə çox maraqlı şeylər müşahidə edərsiniz.
Bəsirət, uzaqgörənlik, bu, nə deməkdir? Yəni zamanı tanıma, ehtiyacı bilmə, üstün cəhəti bilmə, düşməni tanıma, dostu tanıma, düşmən qarşısında istifadə edilməli vasitəni tanıma. Bu tanımalar uzaqgörənlikdir. Həmişə bir silahla mübarizə etmək olmaz. Bütün meydanlara bir silahla getmək olmaz. Hansı silahı işə salaq? Düşmən haradadır? Mən dəfələrlə demişəm ki, uzaqgörənliyi olmayan kəslər- fitnədə ilişib qalmış bu yazıqlar kimi- gecə qaranlığında, qatı dumanda, toz-torpaqda müxalifi, düşməni vurmaq istəyən kəslər kimidirlər. Axı, bilmirlər, düşmən haradadır? Hərbi savaşların ilk şərtlərindən biri, məlumatdır, gedin məlumat əldə edin, görün, düşmən haradadır? Məlumatsız getsəniz, ola bilər, dostun olduğu yeri vurmuş olasınız. Ola bilər, sizinlə düşmən olmayan bir kəsi vura və bununla düşmənə kömək edəsiniz. Bəzən belə olur. Əgər uzaqgörənlik olmasa, belə olar:

العالِمُ بِزَ مانِهِ لا تَهجُمُ عَلَیهِ اللَّوابِس

Öz zamanından məlumatı olan kəsə şübhələr, nadanlıqlar və anlaşılmazlıqlar hücum etmirlər, o, nə iş görməli olduğunu bilir. Əgər belə olmazsa, problem yaranacaq, hətta əgər həmin məsuliyyət hissi olmuş olsa belə.
Allah böyük İmama rəhmət eləsin, ondan razı olsun, bütün bunları fikirləşmişdi. O, iti və uzaq görən gözə, ilahi bəsirətə malik idi. Siyasət dərsini bir yerdə oxumadan, birindən öyrənmədən bu sahədə lazım olan bütün şeyləri Allah-Taaladan ilham aldı, o pak qəlbə ilham verildi. İmam həm bəsici düzəltdi, həm də istiqaməti göstərdi. İmam təkcə demədi ki, hərəkət edin, yola düşün, məsuliyyət hissi keçirin, bəsici olun, xeyr, dedi ki, nə iş görün. Bizə dedi ki, var gücünüzlə Amerikanın başına fəryad edin. Bu, yəni istiqamətləndirmək, yəni nə iş görməyi, hansı tərəfə getməyi, haranı hədəfə almağı öyrətmək- bunları bizə öyrətdi.
Amerika məsələsi zalımlığa görədir. Çünki Amerika zalım bir dövlətdir, çünki Amerikanın üslubu zalımlıqdır. Bizim bir coğrafi məcmuə və ya bir xalq, bir insan toplusu kimi Amerika ilə heç bir problemimiz yoxdur, o da digər ölkələr kimi. Bizim Amerika ilə problemimiz amerikan zalımlıq məsələsidir, onlar zalımdırlar, təkəbbürlüdürlər, zorakıdırlar, tamahkardırlar.
Bu müzakirə edənlər və İran qarşısında duran bu bir neçə nəfər arasında İran təkdir, onlar isə bir qoşun. Bunlar bir neçə ölkədirlər ki, onların hər birinin arxasında diplomat, ictimai əlaqələr, fotoqraf, analitik və bu kimi digər kəslərdən ibarət bir qoşun durubdur. Onların ən pis əxlaqlısı- amerikalılar, ən hiyləgəri- ingilislərdirlər. Yaxşı, indi müzakirələri uzatdılar. Hamı bilsin- həm müzakirə tərəfi olan kəslər, həm də daxildə bu məsələdən nigaran olan və baxışları bu müzakirələrə yönəlmiş kəslər, əgər bu müzakirələr nəticə verməzsə, hamıdan çox zərər çəkəcək tərəf biz deyilik, amerikalılardır. Biz xalqımızla açıq danışırıq. Mətləbin həqiqətini millətlə bir araya qoyuruq, xalqımıza deyirik və indiyədək də başa düşübdür. Çoxlu sayda dəlillərlə də bunu qətiləşdirmək və sübut etmək olar ki, zalım qüvvələr və Qərbin İran qarşısındakı əsl məqsədləri, İran xalqının inkişaf və qüdrətinin qarşını almaqdır. Real məqsəd budur ki, İran xalqının günbəgün artan izzətinin qarşısını alsınlar. Nüvə məsələsi bir bəhanədir, bunun kənarında digər bəhanələr də mövcuddur. Əsl məsələ budur ki, İran xalqının istedadları tədriclə özlərini göstərib, üzə çıxarıblar. Bütün istiqamətlərdə- siyasi istiqamətdə, elmi istiqamətdə, müxtəlif ictimai istiqamətlərdə inkişaf və qüdrət əldə edir. Onlar bundan narazıdırlar, bundan narahatdırlar, bunun qarşısını almaq istəyirlər, sanksiya və təzyiqlər də məhz bu niyyətlədir. İqtisadi sanksiya və təzyiq elə buna görədir ki, bəlkə bu yolla İran xalqının inkişafa doğru yönəlmiş səylərinin qarşısını almış olsunlar. Buna görə sanksiya edir, təzyiq göstərirlər, iqtisadi təzyiq göstərirlər. Əlbəttə ki, iqtisadi təzyiq mühüm bir əməldir. Biz xalqımızla rahat söhbət edirik. Onlar isə belə deyillər, xalqları onları qəbul etmirlər. Prezidentlərinin reytingi günbəgün azalıbdır. Bu, onların özlərinin verdikləri statistikalardır. İndiki prezident seçilən zaman reytinqi yuxarı idi, bu günədək bu reytinq günü-gündən azalıbdır, çünki xalq öz siyasi quruluşuna inanmır.
Amerikanın bu son seçkilərində seçicilərin sayı çox aşağı idi, onların özləri də bunu dilə gətirərək, dedilər, yəni öz xalqları bu sistemi, bu quruluşu qəbul və ona ümid etmir. Bunu xalqımızın seçki məntəqələrindəki 65, 70%-lik iştirakı ilə müqayisə edin. Hazırda onların öz xalq təbəqələri ilə problemləri var, elə eşitdiyiniz Ferquson və Missuri ştatı xəbərləri və bu kimi sair xəbərlər. Öz xalqları ilə vuruşurlar! Öz məlumatları bildirir ki, Amerika polisi bir ildə müxtəlif bəhanələrlə 400-dən yuxarı vətəndaşı qətlə yetirib, məhkəmə aparatı yox, polis! Bunların öz xalqları ilə də araları yaxşı deyil. Xalqları da bunları qəbul etmir. Onların problemləri var, onların bir müvəffəqiyyətə, böyük bir qələbəyə ehtiyacları var. Bizim isə yox, bizim ehtiyacımız yoxdur.
Bütün bunlarla, yenə də zalımcasına rəftar edirlər. Elə son bir neçə gündəki sözlərini dinləyin. Gəlib, dayanıb, deyirlər: İran dünya ictimaiyyətinin etimadını cəlb etməlidir. Öz adlarını qoyurlar, dünya ictimaiyyəti! Amerika, İngiltərə, Fransa və bir neçə zalım ölkə olublar dünya ictimaiyyəti. Bu dünya ictimaiyyəti nədir? İki il bundan qabaq Tehranda iclası olmuş Qoşulmama Hərəkatına üzv təqribən 150 ölkə dünya ictimaiyyəti deyil? O iclasda iştirak etmək üçün Tehrana gəlmiş və iclasda fəal iştirak etmiş əlliyə yaxın prezident, ölkə və dövlət başçısı dünya ictimaiyyəti deyil? Bu ölkələrdə yaşayan milyardlarla insan dünya ictimaiyyəti deyil? Bu bir neçə ölkə, özü də dövlət başçıları xalqlarından bir qayda olaraq aralanmış ölkələr dünya ictimaiyyətidir? Dünya ictimaiyyətinin etimadını cəlb edin, yəni bizim etimadımızı, amerikalıların etimadını! Biz Amerikanın etimadını cəlb etmək istəmirik. Bizim Amerikanın etimadına əsla ehtiyacımız yoxdur. Bizim sizin bizə etimad etməyinizə ehtiyacımız yoxdur. Sizin bizə etimadınızın heç bir əhəmiyyəti yoxdur. Biz də sizə etimad etmirik. Sizin xalqlarınız da sizə etimad etmirlər.
Sonra deyirlər ki, İsrailin təhlükəsizliyi qorunmalıdır. Əvvələn, istər nüvə razılaşması əldə olunsun, istərsə də əldə olunmasın, İsrail günü-gündən əmin-amansız olacaq. Amma indi siz deyirsiniz ki, İsrailin təhlükəsizliyi qorunmalıdır, mən deyirəm ki, bu söz də sadiqcəsinə deyil. Amerikanın kişi və qadın dövlət başçıları üçün İsrailin təhlükəsizliyi əsl məsələ deyil. Əsl məsələ, başqa bir şeydir. Bu cənablar üçün əsl məsələ, onların həyat damarlarını əllərinə almış sionist sərmayə sahibləri şəbəkəsini razı saxlamaqdır. Onların  məsələsi budur, yoxsa İsrailin olub-olmamasının onlar üçün nə əhəmiyyəti var? Onlar üçün mühüm olan məsələ budur ki, həyat damarlarını sionist sərmayə sahibləri şəbəkəsinin əlinə veriblər. O kəslərə ki, həm bunlara rüşvət verir, həm də onları hədələyirlər. Rüşvət verirlər-pul rüşvəti. Bunlara pul verirlər-onlar da pul alırlar. Vəzifə rüşvəti və vəzifə vədi verirlər və əgər Amerika iqtisadiyyatının nəbzini əllərinə almış kəslərlə sövdələşməsələr, prezidentlik və nazirlik kimi yüksək vəzifələrə çatmaqdan xəbər olmayacaq. Onlar üçün məsələ budur. Təhdid də eləyirlər. Əgər bunları həmin təhlükəli şəbəkənin istədiyinin əksinə edərlərsə, onları istefa verməyə məcbur edəcəkləri və ya onlar üçün rüsvayçılıq düzəldəcəkləri ilə hədələyirlər. Bunları amerikan həyatda bu bir neçə ildə görmüsünüz. Birini ittiham, digərini bədnam edirlər, başqası üçün cinsi pozğunluq macərası düzəldirlər, başqa birisini istefaya məcbur, digərini isə terror edirlər. Bu böyüklərdən və başçılardan bəzilərini də terror ediblər, onların əlləri açıqdır! Siz bunlardan qorxursunuz, siz bunu nəzərə alırsınız, İsrailin təhlükəsizliyi məsələsi deyil, öz təhlükəsizliyiniz məsələsidir. Bunlar zalımdırlar, bu cür danışırlar, bizim də yolumuz zalımların yolundan fərqlənir. Yaxşı, əgər məntiqi bir söz ortaya gələrsə, sözümüz yoxdur, biz məntiqi sözləri qəbul edirik. Ədalətli və aqilanə qərarları qəbul edirik, amma zorakılıq və tamahkarlığın ayaq açdığı yerdə yox. İran İslam Respublikasında yuxarıdan aşağıyadək həm xalq, həm də məsul şəxslər qəbul etməyəcəklər, bunu bilsinlər.
Əxlaq nə deməkdir? Yəni, səbirlilik və təmkinlilik, səbir və müqavimət, sədaqət və saflıq, şücaət və fədakarlıq, təmizlik və paklıq. Bəsicilər bu möhkəm binanın hissələrinin möhkəm qalmaqda davam etməsi üçün buna ehtiyaclıdırlar. Əgər bu uca binanın düşmənlərin qarşısında davamlı və möhkəm bir qala kimi  dayanmasını istəyirsinizsə, bu riayətləri etməlisiniz, təmkinlilik göstərin, səbir göstərin, əxlaq göstərin, paklıq göstərin, İslamın hakimiyyəti dövrünün böyük meyarlarını nəzərdə tutun. Biz təkəbbürdən uzaq qalmalıyıq, fironluqdan uzaq qalmalıyıq. Malik Əştər o dərəcə, o şücaət, Əmirəlmömininin yanında malik olduğu o mövqe ilə küçədə hərəkət edirdi. Bir oğlan uşağı onu tanıdı, onu lağa qoydu, bəlkə də ona tərəf daş parçası atdı, məsələn, gördü ki, bir adam keçir, onu lağa qoymağa başladı, sonra Malik Əştər keçib, getdi. Bu mənzərəni görmüş şəxslər oğlancığaza dedilər: Bilirsən, neyləmisən, bilirsən, kimi lağa qoymusan? Balaca oğlan Malik Əştəri tanımırdı, dedi ki, yox. Dedilər, bu, Malik Əştər idi. Balaca oğlan özünü itirdi. Özü tək, ya atası və ya dostları ilə qaça-qaça gəldilər, bir təhər üzrxahlıq etsinlər ki, onlar üçün başağrısı yaranmasın. Malik Əştərin ardınca getdilər, gördülər ki, məscidə gəlib, namaz qılır, irəli getdilər ki, üzr istəsinlər.  Malik Əştər dedi: Mən məscidə gəldim, namaz qılam və dua edəm ki, Allah-Taala bu uşağın səhvini bağışlasın!
Görün, bunları, bu ürəkyananlığı, bu məsuliyyət hissini, bu təmkinliliyi, bu böyüklüyü. Mən və siz də məhz bunları öyrənməliyik.
Həmçinin təkidlə etiqad, iman və əməl möhkəmliyini və bunların pozulmamasını tövsiyə edirəm, ehtiyatlı olun. Bizlər bu həyat yolunda həyəcanlarla, pul həyəcanı, şəhvətlər həyəcanı, vəzifə həyəcanı, dostluq həyəcanı ilə üzləşərkən pozuluruq, ehtiyatlı olun ki, etiqad pozğunluğuna düçar olmayasınız, siz mühit üzərində təsir göstərin, o mühit pisdirsə, sizə təsir göstərməsinə yol verməyin.
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-12-08 22:39:18 | Kateqoriya: BƏRƏKƏT MƏKANI | İzlənilib: 855 | Bəyənib: 0