Çərşənbə 13 Dekabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İnqilab Rəhbəri: Dünya müstəmləkəçiliyi əsil islamdan qorxur

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikası ordusu Zabitlik Universitetlərinin məzunları mərasimində bəyanat veriblər.

Bəyanatın mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Hər bir ölkədə silahlı qüvvələr onun iqtidarının əsaslarından biridir. Yəqin ki, hər ölkənin hərbi iqtidarının əsası onun ictimai və beynəlxalq potensiallarını nümayiş etdirə bilər. Lakin silahlı qüvvələrin özündə iqtidar mənasına səhlənkarlıq və sadəliklə baxılmamalıdır.

Silahlı qüvvələr həqiqi mənada güclü olması üçün, müasir döyüş qabiliyyətləri və hərbi təchizatlarla yanaşı iman, bəsirət, sarsılmaz iradə və həqiqi məsuliyyətinə də malik olmalıdır.

Əgər iman olmazsa, bəsirət olmazsa, qətiyyətli iradə olmazsa, düşmənin sıralarının sonuna uzunmüddətli baxış olmazsa, hərbi qüvvələrin sayı yaxud çoxluğu, onların təchizatları həlledici olmayacaqdır.

Müasir hərbi texnologiya, təchizatlar və yüksək döyüş qabiliyyətli qüvvələrin sayının çox olması təklikdə hər hansı ölkənin silahlı qüvvələrinin güclü olmasına gətirib çıxarmaz. Bunun üçün stimul, mənəviyyat, əzmkarlıq və bütün rəftar və mövqelərdə məsuliyyəti həqiqi mənada dərk etmək düşüncəsinin hakim olması lazımdır.

Silahlı qüvvələrin həqiqi məsuliyyət dərki olmalıdır. Bunlar silahlı qüvvələri sözün əsil mənasında bir xalqın iqtidar əsası edə bilər.

İslam Respublikası quruluşunun silahlı qüvvələri, istər İslam Respublikasının başıuca ordusu, istərsə də Keşikçilər Korpusu və Bəsic qüvvələri, eləcə də silahlı qüvvələrin hərbi məcmusunda iştirak edən digər şəxslər, uzun illər ərzində öz bacarıqlarını sübuta yetirmişlər. Öz mənəvi bacarıqları, öz elmi potensialları, öz təşəbbüskarlıq qüdrəti və öz qətiyyətli iradəsini praktiki olaraq nümayiş etdirdilər.

Dünya İran İslam Respublikasının silahlı qüvvələri üzərində hesab açıb və ona ciddi yanaşır. Çünki yaxşı bilir ki, hər hansı məsuliyyət və döyüş ərsəsində İranın silahlı qüvvələri son sözü deyəcək.

Hazırda dünya avantüralar və artıqtamahlıqlardan yaranan hadisələrlə qarşı-qarşıyadır. Bu gün dünya yeni, məhvedici və təhlükəli vasitələrlə şəxsi və öz qrup həvəslərindən başqa heç nəyi dərk etməyən, fəzilətləri anlamayan, insanlığı duymayan bir çox şəxsin ixtiyarındadır. Belə bir dünyada islamın azadlıq nidası ucalır, islam bayrağı dalğalandıqda, onun cazibəsi dünyanı özünə cəlb edir və hazırda belədir.

Dünya hegemonçuları və bədxahları sənət, siyasət, militarizm və bütün vasitələrdən istifadə edərək, əsil islamın səsinin eşidilməsinə mane olmaq istəyirlər. Ancaq bu səs eşidilib və onun nişanələri də zalım qüvvələrin gün-gündən artmaqda olan qorxu hisslərində müşahidə olunur.

Hazırda dünyanın məşhur incəsənət şirkətlərində istifadə olunan önəmli və əsas işlərdən biri insanları islamdan qorxutmaq ifadəsidir. Niyə? Əgər islam müstəmləkəçilərin mənafeyini təhdid etməsəydi, onun qarşısında bu reaksiyalar verilməzdi.

Əsil islamın xilasedici müraciətinin cazibədarlığından və öz mənafelərinin təhdid olunmasından nigaran qalan beynəlxalq tamahkarlar və zorakılar bütün vasitələrdən, xüsusilə sənaye vasitəsindən dünya xalqlarını islamdan qorxutmaq üçün istifadə edirlər.

Görürsünüz, islam adı ilə islam hökuməti adı ilə qruplaşmalar yaradırlar, hazırlayırlar, silahlandırırlar, dəstəkləyirlər, insanların canına salırlar və ölkələri onların vasitəsi ilə de-stabil edirlər. Bu, islamın müraciətinin nüfuzunu göstərir. Həqiqi islamdan qorxurlar, əsil islamdan qorxurlar.

İslamın müraciəti insanlıq üçün, asayiş, izzət, başıucalıq müraciəti və əmin-amanlıqla yanaşı yaşama müraciətidir. Düşmənlər bunun dünyada tanınmasını və xalqların onunla tanış olmasını istəmirlər.

Vəssəlamu əleyküm və rəhmətullahi və bərəkatuh

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-11-19 17:36:27 | Kateqoriya: BƏRƏKƏT MƏKANI | İzlənilib: 1262 | Bəyənib: 0