Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İnqilab Rəhbərinin “İfratçı və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” beynəlxalq konfransının iştirakçıları ilə görüşdəki bəyanatı

Səhər TV, Xəbərlər-- İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin “İfratçı və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında” adlı beynəlxalq konqresdə iştirak edən din alimləri, mütəfəkkirlər və qonaqlar ilə görüşdə təkfirçi cərəyanın mahiyyəti barədə çıxışı:

 

بسم‌الله‌الرّحمن‌الرّحیم

‌الحمد لله ربّ العالمین و صلّى الله على سیّدنا و نبیّنا المصطفى الامین محمّد و آله الطّیّبین الطّاهرین المعصومین و على صحبه المنتجبین و التّابعین لهم باحسان الى یوم الدّین

Təkfirçi cərəyanı İslam dünyasında zərərli və təhlükəli bir cərəyandır. Bu təkfir cərəyanı yeni olmasa və tarixi köklərə malik olsa da, bir neçə ildir ki, hegemonçuların planı və bəzi region ölkələrinin pulu habelə, Amerika, İngiltərə və sionist rejim kimi müstəmləkəçilərin casusluq orqanlarının planları ilə yenidən güclənib...Bu gün İŞİD adı ilə tanınan cərəyan təkfir cərəyanının xəbis şəcərəsinin yalnız bir budağıdır...

Mən ürəkdən təəssüf edirəm ki, biz İslam dünyası bütün gücümüzü sionist rejimin fitnələrini və bütün İslam Dünyasını hərəkətə gətirməli olan Qüds və Əl-Əqsa Məscidinə qarşı yönəlmiş hərəkətin qarşısını almağa yönəltmək yerinə, bu gün hegemonçuluq quruluşunun İslam Dünyasının daxilində yaratdığı problemlərlə məşğul olmağa məcburuq və başqa çarə də yoxdur. Əslində, təkfir məsələsi ilə məşğul olmaq, İslam Dünyası alimləri və ziyalılarına qəbul etdirilmiş bir məsələdir. Bunu düşmən qondarma bir problem olaraq İslam Dünyasına daxil edib və onunla məşğul olmağa məcburuq. Lakin, əsas məsələ sionist rejim məsələsidir. Əsas məsələ Qüdsdür. Əsas məsələ müsəlmanların ilk qibləsi, əl-Əqsa Məscididir. Əsas məsələlər bunlardır.
İnkar edilməsi mümkün olmayan bir məsələ var. O da bundan ibarətdir ki, təkfir cərəyanı və onu himayə edən dövlətlər tamamilə hegemonçuluq quruluşu və sionizmin istədikləri yolda addmlayırlar...

...Təkfir cərəyanı İslami Oyanış hərəkatını öz yolundan yayındırmağı bacardı. İslami Oyanış hərəkatı Amerikaya qarşı, istibdada qarşı, Amerikanın regiondakı əlaltılarına qarşı yönəlmiş bir hərəkət idi. Afrikanın şimalında müxtəlif ölkələrdə Amerika və istibdada qarşı yönəlmiş bir xalq hərəkatı idi. Təkfir cərəyanı hegemonçuluğa, Amerikaya və istibdada qarşı olan bu əzəmətli xalq hərəkatını öz yolundan döndərdi və müsəlmanlar arasında savaşa, qardaş qırğınına sövq etdirdi. Bu regiondakı mübarizələrin ön cəbhəsi işğal edilmiş Fələstinin sərhədləri idi.  Təkfir cərəyanı gəlib bu ön cəbhəni Bağdad küçələrinə, Suriya məscidlərinə, Dəməşq xiyabanlarına, Pakistan və Suriyanın müxtəlif şəhərlərinə dəyişdi. Mübarizənin ön cəbhəsi bunlar oldu.

Liviyanın bugünkü vəziyyətinə baxın! Suriyanın, İraqın, Pakistanın bugünkü vəziyyətinə baxın! Görün müsəlmanların əllərindəki qılınclar kimlərə qarşı işləyir? Bu qüvvələr sionist rejimə qarşı yönəlməli idi...

...Təkfir cərəyanının İslam ölkələrində - İraqda, Suriyada, Liviyada, Livanda və bir sıra digər ölkələrdə - yaratdığı fitnə dolu hərəkət, bu ölkələrin infrastrukturlarının dağılmasına səbəb oldu. Görün nə qədər yollar, neftayırma zavodları, mədənlər, hava limanları, xiyabanlar, şəhərlər, evlər məhv edilib bu daxili müharibələr nəticəsində...

Təkfir cərəyanı İslamın dünyadakı simasını ləkələyib, çirkinləşdirib. Bütün dünya televizorlarda gördü ki, heç bir cinayət törətmədiyi halda, bir nəfəri oturdub, qılınc ilə boynunu vururlar.

لا یَنهکُمُ اللهُ عَنِ الَّذینَ لَم یُقاتِلوکُم فِى الدّینِ وَ لَم یُخرِجوکُم مِن دِیارِکُم اَن تَبَرّوهُم وَ تُقسِطوا اِلَیهِم اِنَّ اللهَ یُحِبُّ المُقسِطین. اِنَّما یَنهکُمُ اللهُ عَنِ الَّذینَ قاتَلوکُم فِى الدّینِ وَ اَخرَجوکُم مِن دِیارِکُم وَ ظاهَروا عَلى‌ اِخراجِکُم اَن تَوَلَّوهُم.


Bunlar tamamilə əksini ediblər. Müsəlmanı öldürüblər. Təcavüzkar olmayan qeyri-müsəlmanı qılıncdan keçiriblər. Bunun görüntüləri bütün dünyada yayımlanıb. Bütün dünya bunları görüb. Bütün dünya gördü ki, bir nəfər İslam adına bir insanın sinəsini parçalayaraq, ürəyini çıxarıb və dişinə çəkib. Dünya bunu gördü. Bunlar, İslamın adına yazıldı. Rəhmət İslamı, təfəkkür İslamı, məntiq İslamı, “لا یَنهکُمُ اللهُ عَنِ الَّذینَ لَم یُقاتِلوکُم فِى الدّین” İslamını bunlar bu cür tanıtdılar. Bundan böyük cinayət olarmı? Bundan daha xəbis fitnə olarmı? Bu, təkfir cərəyanının işidir.

Bunlar müqavimət mehvərini yalnız qoydular. Qəzzə 50 gün təklikdə savaşdı. 50 gün təklikdə müqavimət göstərdi. İslam dövlətləri Qəzzəyə kömək etmədilər. Neft dollarları Qəzzə üçün xərclənmədi. Bəziləri hətta, sionist rejimin xidmətində oldu.

Digər məsələ budur ki, təkfir cərəyanı İslam dünyası gənclərinin şövqünü və qəhrəmanlığını yanlış yönə azdırmış oldu. Bu gün İslam dünyasının hər bir yerində gənclər yalnız bir şövqə, qəhrəmanlığa malikdirlər. İslami Oyanış onlara təsir göstərib. İslamın böyük hədəfləri uğrunda çalışmağa hazırdırlar. Amma, təkfir cərəyanı bu şövqü və qəhrəmanlığı yolundan azdırıb və xəbərsiz və cahil olan gəncləri müsəlmanların başlarını kəsməyə, qadınları və uşaqları qırğın etməyə sövq etdirib. Bu təkfir cərəyanının cinayətlərindəndir.

Bütün bunları görməməzliyə vurmaq olmaz. Bütün bunlardan aydın olur ki, təkfir cərəyanı hegemonçulara xidmət edir. İslam düşmənlərinə xidmət edir. Amerikaya xidmət edir. İngiltərəyə xidmət edir. Sionist rejimə xidmət edir. Əlbəttə, digər faktlar da var. Bizə məlumat verilib ki, Amerikanın yük təyyarələri İŞİD adlandırılan bu qrupun ehtiyac duyduğu təchizat və hərbi sursatı İŞİD-in İraqdakı mövqelərinə havadan ataraq, onlara kömək edib. Dedik, yəqin bu iş səhv üzündən olub. Sonra yenə təkrar oldu. Mənə verilən məlumata görə, bu hadisə 5 dəfə təkrarlanıb. 5 dəfə səhv etmək olar? İndi gəlib anti-İŞİD koalisiyası təşkil ediblər ki, ağ yalandır. Bu koalisiya digər xəbis məqsədlər ardıncadır. Bu fitnəni qorumağa çalışırlar. İki tərəfi bir-birinin canına salmağa çalışırlar. Müsəlmanlar arasındakı daxili müharibənin uzanmasını və qalıcı olmasını istəyirlər. Onların məqsədi budur. Əlbəttə, bacarmayacaqlar və bunu bilməlidirlər.

Bir neçə böyük vəzifə var ki, yerinə yetirilməlidir...Biri təkfir cərəyanının kökünü kəsmək üçün bütün İslam məzhəbləri alimləri tərəfindən hərtərəfli bir elmi və əqli bir cərəyanın formalaşdırılmasıdır...Ürəyi İslam üçün döyünən, İslamı qəbul edən və ürəyi İslam üçün yanan bütün İslam məzhəbləri bu vəzifənin icra edilməsində paya malikdirlər, şərikdirlər. Böyük bir elmi hərəkət həyata keçirilməlidir. Onlar “Saleh sələfin davamçısı olmaq” kimi yalan bir şüar ilə bu meydana daxil olublar. Gərək, “saleh sələf”in onların gördükləri işlərdən narazı olduğunu din dili, elm dili və düzgün məntiq ilə sübut etmək lazımdır. Gəncləri xilas etmək lazımdır...

Görülməsi lazım olan ikinci iş Amerika və İngiltərənin hegemonçuluq siyasətlərinə aydınlıq gətirməkdir. Aydınlıq gətirmək lazımdır, İslam Dünyası, hamı bilməlidir ki, baş verənlərdə Amerikanın yürütdüyü siyasətlərin rolu nədir, Amerika, İngiltərə və sionist rejimin casusluq orqanlarının təkfir cərəyanının yenidən gündəmə gətirilməsindəki rolu nədir? Bunu hamı bilməlidir. Hamı bilməlidir ki, bunlar onlar üçün işləyirlər. Plan onların planıdır, dəstək onlar tərəfindəndir, istiqaməti onlar verir, pul da onların əlaltıları tərəfindən yəni, region ölkələri tərəfindən təmin edilir. Bu biçarələri bədbəxt edirlər və İslam Dünyasını bu problemlə üzləşdirirlər...

Görülməsi zəruri olan üçüncü iş, Fələstin məsələsinə xüsusi diqqətin ayrılmasıdır. Fələstin, Qüds və əl-Əqsa Məscidinin unudulmasına imkan verməyin. Onlar bunu istəyirlər. Onlar istəyirlər ki, İslam Dünyası Fələstin məsələsini unutsun. Baxın, görün bu günlər sionist rejim Fələstinin yəhudiliyini elan etdi. Fələstini bir yəhudi ölkəsi olaraq təqdim etdi. Hələ xeyli öncədən bu işin ardınca idilər. İndi aşkar formada onu  yerinə  yetirdilər. İslam Dünyasının qəflətə qapıldığı bir dönəmdə, müsəlmanların qəflətdə olduğu bir zamanda sionist rejim Qüdsü işğal etmək, əl-Əqsa Məscidini ələ keçirmək, fələstinliləri daha artıq zəiflətmək ardıncadır, buna xüsusi diqqət yetirilməlidir. Bütün xalqlar öz dövlətlərindən Fələstin məsələsinə diqqət göstərilməsini tələb etməlidirlər. Bu, hamının üzərinə düşən mühüm bir vəzifədir. Biz, Allaha şükür edirik ki, İran İslam Respublikasında xalq və dövlət bu məsələdə həmrəydir...

Biz, Allahın lütfü sayəsində, məzhəblərarası ixtilaf məhdudiyyətini arxada qoymuşuq. Biz, şiə olan Livan Hizbullahına etdiyimiz köməyi, Həmas-a, Cihad-a da etmişik və bundan sonra da edəcəyik. Biz, məzhəb məhdudiyyətinin əsirinə çevrilmədik. Biz demədik bu şiədir, o sünni; bu hənəfidir, bu şafeidir, bu hənbəlidir, bu zeydidir. Biz əsas hədəfi  nəzərə alıb, kömək etdik. Qəzzədə və digər yerlərdə fələstinli qardaşlarımızı gücləndirə bildik və İnşallah, bundan sonra da bunu dvam etdirəcəyik. Mən elan etdim ki, və şübhəsiz belə də olacaq, İordan çayının qərb sahili də Qəzzə kimi silahlanmalıdır və özünü müdafiəyə hazır olmalıdır.

... Amerikanın heybəti sizi qorxutmasın, düşmən zəifləyib. İslamın düşməni olan hegemonçuluq bu gün ötən 100 il, 150 il ilə müqayisədə daha zəifdir. Avropanın müstəmləkəçi dövlətlərini görürsünüz? İqtisadi problemlər, siyasi problemlər və təhlükəsizlik problemlərinə giriftar olublar. Bu gün Avropanın müstəmləkəçi dövlətləri müxtəlif növ problemlərlə üz-üzədirlər. Amerika bunlardan da pis vəziyyətdədir. Əxlaq problemləri, siyasi problemlər, ciddi maliyə problemləri, yalnız İslam Dünyası deyil, bütün dünya səviyyəsində bir super güc olaraq imicinin zəifləməsi problemi ilə üz-üzədir. Sionist rejim keçmiş ilə müqayisədə xeyli zəifləyib. Bu, həmin rejimdir ki, “Nildən Fərata qədər” şüarını verirdi. Aşkar formada deyirdilər ki, Nildən Fərata kimi bizimdir. Qəzzədə 50 gün ərzində fələstinlilərin tunellərini ələ keçirə bilmədilər. Bu həmin rejimdir. 50 gün bütün qüvvələri və imkanlarını səfərbər etdi ki, Həmas, Cihad və fələstinlilərin tunellərini dağıtsın, məhv etsin. Amma, bacarmadılar. Bu həmin rejimdir ki, deyirdi Nildən Fərata qədər bizimdir. Görün nə qədər fərq edib, nə qədər zəifləyib!

İslam düşmənlərinin problemləri çoxdur. İslam düşmənləri İraqda nakam qaldılar. Suriyada nakam qaldılar. Livanda nakam qaldılar. Müxtəlif yerlərdə nakam qaldılar və hədəflərinə çata bilmədilər. İran İslam Respublikası ilə qarşılaşmada siz görürsünüz ki, Amerika və Avropanın müstəmləkəçi dövlətləri bir araya gəliblər və bütün imkanlarını səfərbər ediblər ki, nüvə məsələsində İranı təslim olmağa məcbur etsinlər. Bacarmadılar və bacarmayacaqlar da. Bu, qarşı tərəfin zəifliyidir. Və siz İnşallah hər gün daha da güclü olacaqsınız. Gələcək mütləq sizin olacaq.


وَ اللهُ غالِبٌ عَلى‌ اَمرِه


Vəssəlamu Əleykum və Rəhmətullahu və Bərəkatuh
 

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-12-03 11:21:31 | Kateqoriya: BƏRƏKƏT MƏKANI | İzlənilib: 768 | Bəyənib: 0