Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

İnqilab Rəhbəri İslam ölkələri səfirlərini qəbul ediblər

SəhərTV,Xəbərlər – İran İslam İnqilabının Böyük Rəhbəri birlik və həmrəyliyi müsəlmanlar üçün ən vacib məqamlardan adlandırıblar.


İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər İran rəsmiləri və İslam ölkələrinin Tehrandakı səfirləri ilə görüşdə İslam Ümmətinin ən mühüm vəzifəsini ayıqlıq və öz yol xəritəsini tanımaq habelə, düşmənin planlarından agah olmaq adlandırıb və deyiblər: Düşmənin əsas planı müsəlmanlar arasında ixtilaf törətmək və qarşıdurmaya yol açmaqdır. Buna görə də İslam Dünyasının ən zəruri ehtiyacı birlik, həmrəylik və əməkdaşlıqdır.
İnqilab Rəhbəri peyğəmbərlər xüsusilə də əziz İslam peyğəmbərinin dəvəti qarısındakı düşmənçiliklərə işarə edərək, deyiblər: Qeyri-ilahi dəvətlərin o cümlədən Marksizm və Liberalizm məktəblərinin bəşəriyyətin səadətini təmin edə bilməməsinin ardınca, bu gün gözlər və ürəklər İslama yönəlib. Buna görə də ədalətsevərlik və insani kəramətin mənbəyi və mərkəzi olaraq İslam ilə düşmənçilik son dərəcə ağırdır.
Həzrət Ayətullahülüzma Xamenei İslam Peyğəmbərinə hörmətsizliyi bu düşmənçiliklərin nümunələrindən adlandırıb və deyiblər: İslamofobiya  və müsəlmanlar arasında ixtilaf törətmək siyasətlərinin böyük qüdrətlərin kəşfiyyat orqanları tərəfindən planlaşdırılmadığına və onlar tərəfindən maliyyələşdirilmədiyinə inanmaq qeyri-mümkündür.
İnqilab Rəhbəri müsəlmanların cahillik və dar düşüncəliyə əsaslanan və geridə-qalmışlıq nişanəsi olan bəzi rəftarları və hərəkətlərinin imperialist qüdrətlərin əlinə İslamofobiya siyasətini yürütmələri üçün bəhanə verdiyini deyərək, xatırladıblar: Müsəlmanlar düşmənçiliklər müqabilində İslam müraciətinə malik olan rəftarlarla və İslam Peyğəmbərinin(s.ə.s) metodlarına uyğun davranışlarla cavab verməlidirlər.
İran İslam İnqilabının Böyük Rəhbəri müsəlmanların yol xəritəsini tanımağı və düşmənlərin planlarından agah olmağı zəruri adlandırıb və deyiblər: Düşmənlərin əsas planı müsəlmanlar arasında ixtilaf törətmək və müxtəlif islam məzhəblərinə olan təəssübkeşliyi bir-birinə qarşı qoymaqdır. Beləliklə İslam Ümmətinin diqqətini düşmənin əsas məqsədlərindən yəni, pozğun kapitalistlərin və sərmayə sahiblərinin mənafelərinin təmin edilməsi, işğalçı sionist rejimin varlığının qorunması və müsəlmanların inkişafının qarşısının alınması kimi məsələlərdən yayındırmağa çalışırlar.
Həzrət Ayətullahülüzma Xamenei qərblilərin keçmişdə öz məqsədlərini müstəmləkəçilik və istismarçılıq yolu ilə izlədiklərinə işarə edərək, hazırda bu məqsədlərə nail olmaq üçün müsəlmanlar arasında ixtilaf törətmək siyasətini yürütdüklərini deyib və əlavə edib: Qərblilər insan haqları və demokratiyanı himayə istiqamətində verilən yalan şüarlarla müstəmləkəçilik dövrünə aid qara ləkəni öz adından təmizləyə bilməyəcək.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2013-06-12 11:46:13 | Kateqoriya: BƏRƏKƏT MƏKANI | İzlənilib: 2505 | Bəyənib: 0