Cümə 23 Fevral 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Həzrət Ayətullah Xameneinin fitvalarında oruc ehkamları

 

Həzrəb Ayətullah-ül-üzma Xameneinin əsərlərinin mühafizə və nəşri bürosunun internet portalı mübarək Ramazan ayı ərəfəsində İslam İnqilabının böyük rəhbərinin oruc barədə fitvalar və nəzərlərini nəşr edib. Yazının mətni olduğu kimi təqdim olunur:

 

Hamilə və əmzikli qadın

 

Sual: Orucun onun rüşeymi üçün ziyanlı olub-olmadığını bilməyən hamilə qadın üçün oruc vacibdirmi?

 

Cavab: Əgər orucun rüşeym üçün ziyanından qorxursa və qorxusunun da əqli mənşəyi varsa, iftar etmək onun üçün vacibdir, əks təqdirdə oruc tutması vacibdir.

 

Sual: körpəsini əmizdirən və eyni zamanda hamilə olaraq Ramazan ayında oruc tutmuş və ölü uşaq doğmuş qadın, əgər əvvəlindən təhlükə ehtimalı verə-verə oruc tutubsa onun tutduğu orucun hökmü nədir?

 

Cavab: Əgər əqli mənşəyi olan ziyan qorxusu ola-ola oruc tutubsa, yaxud sonra onun üçün məlum olub ki, oruc tutmaq özünə və rüşeymə ziyan imiş, orucu düz deyil və qəzasını əda etmək ona vacibdir, lakin rüşeym diyəsinin isbatlanması, rüşeymin ölümünün səbəbinin, oruc tutmaq olduğunun isbatlanmasından asılıdır.

 

Sual: Allahın lütfü ilə südəmər bir körpəm var. İnşaallah tezliklə mübarək Ramazan ayı gəlib çatacaq. Hal-hazırda oruc tuta bilirəm ancaq oruc tutmaq südümün qurumasına gətirib çıxaracaq. Ümumiyyətlə zəif olduğumu və körpəmin 10 dəqiqədən bir süd istədiyini nəzərə alaraq vəzifəm nədir?

 

Cavab: Əgər oruc tutmaqla südünüzün quruyacağı və bunun körpənizə ziyan vuracağından qorxursunuzsa, orucunuzu açın, amma hər gün yoxsula bir vədəlik yemək verməli və yediyiniz orucların qəzasını sonra tutmalısınız.

 

Xəstəlik və həkim tövsiyəsi

 

Sual: Şəriət məsələlərinə çox da məsuliyyətlə yanaşmayan bəzi həkimlər, xəstələrə ziyanlı olduğuna görə oruc tutmamağı tövsiyə edirlər, bu kimi həkimlərin tövsiyəsi əsas götürülməlidir yoxsa yox?

 

Cavab: Əgər həkim əmin olmazsa və tövsiyəsi də inandırıcı görünməsə və ziyan qorxusu yaratmasa, onun dedikləri etibarsızdır, əks halda isə oruc tutmaq olmaz.

 

Sual: Anam təxminən 13 il xəstə idi və buna görə də oruc tuta bilmirdi. Tam dəqiqliyi ilə bilirəm ki, onun oruc tutmamağının səbəbi dərman istifadə etməyə olan ehtiyacı idi, bilmək istərdik ki yediyi orucların qəzasını tutmaq ona vacibdir yoxsa yox?

 

Cavab: Əgər oruc tutmaqda acizliyi xəstəliyə görə imişsə yediyi orucların qəzası yoxdur.

 

Sual: Mən fiziki zəifliyimə görə yetkinlik yaşının əvvəlindən 12 yaşına kimi oruc tutmamışam, hal-hazırda nə eyləməliyəm?

 

Cavab: yetkinlik yaşına çatmağınıza rəğmən  mübarək Ramazan ayında tutmadığınız orucların qəzasını yerinə yetirməyiniz vacibdir və əgər Ramazan ayının orucunu tutmamağınız bilərəkdən və şəri üzr olmadan imişsə sizə kəffarə də vacibdir.

 

Sual: göz həkimi məni oruc tutmaqdan çəkindirib, deyib ki, gözündəki problemə görə heç vaxt oruc tuta bilməzsən, mən isə onun tövsiyəsinə məhəl qoymadan oruc tutmağa başladım və Ramazan ayının ortalarında gözümdə problem artdı belə ki, bəzi günlər axşama yaxın özümü yaxşı hiss etmirəm, indi tərəddüddəyəm ki, oruc tutmayım yoxsa problemimlə barışım və orucumu iftaradək saxlayım? Bilmək istərdim ki, ümumiyyətlə oruc tutmaq mənə vacibdir ya yox? Oruc tutduğum və iftar vaxtınadək orucumu davam etdirəcəyimdən əmin olmadığım günlərdə orucumu davam etdirimmi? Niyyətim necə olacaq?

 

Cavab: dindar və etimadlı həkimin tövsiyəsindən əmin olsanız ki, oruc tutmaq gözünüzə ziyandır, yaxud ziyanlı olmaq ehtimalı var, sizə oruc tutmaq vacib deyil, üstəlik cayiz də deyil. Ziyan ehtimalı verməklə oruc niyyəti də düz deyil, lakin əgər ziyan qorxusu olmazsa oruc niyyətinin iradı yoxdur lakin orucun səhhəti, onun həqiqətən də sizə ziyanı olmamağından asılıdır.

 

Sual: Mən tibbi gözlükdən istifadə edirəm və hal-hazırda gözlərim çox zəifdir. Həkimə müraciət etdikdə o dedi ki, əgər gözümə baxmasam o daha da zəifləyəcək, bu səbəbə görə əgər Ramazan ayının orucunu tutmaqda üzrlü olarsam üzərimə nə kimi vəzifə düşür?

 

Cavab: Əgər oruc tutmağın gözünüzə ziyanı varsa, oruc tutmaq sizə vacib deyil, əksinə orucunuzu açmaq sizə vacibdir, əgər xəstəliyiniz növbəti Ramazan ayınadək davam edərsə, orucun qəzası da sizə vacib deyil, ancaq hər günün müqabilində yoxsula bir vədə yemək verməyiniz vacibdir.

 

Sual: Anam çox ağır xəstədir, atam isə fiziki zəiflikdən əziyyət çəkir, eyni zamanda hər ikisi oruc tuturlar bəzən orucun onların xəstəliklərini daha da kəskinləşdirdiyi tamamilə aydın olur, indiyədək onları heç olmasa xəstəlikləri güclənəndə oruc tutmamağa qane edə bilməmişəm, xahiş edirəm onların oruc tutmaq hökmünü bizə buyurasınız.

 

Cavab: Orucun xəstəliyə səbəb olması yaxud xəstəliyi gərginləşdirməsi və ya oruc tuta bilməməyin meyarı xəstənin özü barədə diaqnozudur. əgər bilir ki, oruc onun üçün ziyanlıdır, yaxud ziyanlı olmasından qorxursa, eyni zamanda oruc tutmaq istəsə, onun üçün oruc tutmaq haramdır.

 

Sual: ötən il mütəxəssis həkim vasitəsi ilə böyrəyim üzərində cərrahiyyə əməliyyatı aparıldı, sonra həkim ölənədək oruc tutmamağımı tövsiyə etdi, lakin hal-hazırda mən hansısa problem hiss etmirəm, tam normal yemək yeyirəm, su içirəm və xəstəliyin heç bir mənfi cəhəti məndə hiss olunmur. Üzərimə düşən vəzifə nədir?

 

Cavab : Əgər özünüz oruc tutmağın ziyanından nigaran deyilsinizsə, və orucunuzu yeməyə şəri dəliliniz də yoxdursa, Ramazan ayının orucunu tutmaq sizə vacibdir.

 

Sual: Əgər həkim kimisə oruc tutmaqdan çəkindirərsə, bəzi həkimlərin şəriət məsələlərindən xəbərsiz olduqlarına görə onların dediklərinə əməl etmək vacibdirmi?

 

Cavab: Əgər həkimin sözündən tam yəqin edə ki, oruc tutmaq ona ziyandır, yaxud həkimin sözündən ya da başqa əqli mənşədən ziyanlı olmaq ehtimalı verərsə, oruc tutmaq ona vacib deyil, hətta cayiz də deyil.

 

Sual: böyrəklərimdə daş yığılır və onun qarşısını almağın yeganə yolu davamlı şəkildə içməlilər içməkdir, həkimlər mənim oruc tuta bilmədiyimi deyirlər, mənim mübarək Ramazan ayının vacib orucu barədə vəzifəm nədir?

 

Cavab: Əgər böyrək xəstəliyinin qarşısını almaq su yaxud digər içməlilərdən gün ərzində içməyi tələb edirsə , sizə oruc tutmaq vacib deyil.

 

Sual: şəkər xəstələrinin gün ərzində 1 yaxud 2 dəfə insulin iynəsi vurmalı olduqlarını, yemək vədələrinin vaxtında dəyişikliyil olmamalı olduğunu nəzərə alaraq, hətta bəzən həkimlər gün ərzində 4 dəfə yemək yemələrini tövsiyə edirlər. Belə olan halda bu kimi şəxslərin oruc tutması barədə fikrinizi bilmək istərdik.

 

Cavab: Əgər hava ağarandan gün batanadək yeyib-içməkdən imtina etməyin onlara ziyan yetirəcəyini yaxud ziyanlı olmaq ehtimalını bilirlərsə , oruc tutmaq onlara vacib deyil , hətta cayiz də deyil. 

 

Orucu batil edənlər

 

Sual: mən Ramazan günündə şeytana aldanıb orucumu batil etmək qərarına gəldim, lakin orucu batil edən əmələ əl atmazdan öncə, qərarımdan vaz keçdim, mənim orucumun hökmü nədir? əgər oxşar vəziyyət Ramazandan kənar orucda baş verərsə hökmü nədir?

 

Cavab: Ramazan ayı orucunda əgər gün ərzində oruc niyyətindən dönərsə və orucu davam etdirmək niyyəti olmazsa, onun orucu batildir, onun təkrar orucu davam etdirmək niyyəti faydasızdır, bununla belə axşam azanınadək orucu batil edən əməldən çəkinməlidir. Lakin əgər tərəddüd edərsə, yəni hələ orucunu batil etmək yaxud orucunun batil olmasına səbəb olacaq əməli həyata keçirmək qərarına gələ amma hələ onu həyata keçirməyə, onda onun orucunun düz olması suallıdır və vacib ehtiyat odur ki, orucunu tamamlaya və sonra onun qəzasını yerinə yetirə, hər hansı başqa müəyyən vacib oruc-müəyyən nəzir və bunun kimilərin hökmü də eynidir.

 

Sual: oruc tutan şəxsin ağzından qan gələrsə onun orucu batil olur?

 

Cavab: bu səbəbdən oruc batil olmur, lakin qanın boğaza çatmasına mane olmaq vacibdir.

Sual: oruc adam üçün siqaret çəkməyin hökmü nədir?


Cavab: vacib ehtiyat ondan ibarətdir ki, oruc tutan şəxs burun və yaxud dilin altından cəzb olan bu kimi vasitələr və narkotik maddələrdən çəkinsin.

 

Sual: Tütün və bu kimi məhsullardan hazırlanan " nas" adlı maddəni bir neçə dəqiqə dilin altına qoyub-götürmək orucu batil edirmi?

 

Cavab: əgər " nas" maddəsinə bulaşmış ağzının suyunu udarsa orucu batil olar.

 

Sual  – Mən əksər günlər ağız suyumun diş əti qanaması nədəni ilə qana qarşışdığını nəzərə alaraq, ağı suyunu udduğum zaman onun qanlı olub-olmadığını bilə bilmirəm. Belə olduqda mənim orucumum hökmü nədir?

 

Cavab: Əgər qan ağız suyunda tamamilə əriyərsə, pak hökmündədir. Onu udmağın işkalı yoxdur. Orucu batil etməz. Həmçinin, ağız suyuna qanın qarışdığını şəkk etdikdə bu şəkkə etina edilməməlidir və orucu batil etməz.

 

Sual  – Ramazan ayında oruc tutmuşdum. Amma, dişlərimi yumamışdım. İstəmədən dişlərimin arasında qalan yemək qırıntılarını udmuş oldum. Orucum düzdür yoxsa batil?

 

Cavab: Əgər dişlərinin arasında yemək qırıntılarının qaldığı və onu uda biləcəyin haqda əvvəldən məlumatın olmasa, onu udmağın da bilərəkdən görülmüş iş hesabında deyil və orucu batil etməz.

 

Sual–  Oruc adamın diş əti qanayır.  Orucu batil olar ya yox? Onun başına qab ilə su tökəmk olarmı?

 

Cavab: Diş ətindən axan qanı udmadığı zamana kimi orucu batil olmaz. Həmçinin, birinin başına qabla su tökmək orucu batil etməz.

 

Sual– Bəzi qadın xəstəlikləri üçün müəyyən dərman preparatları mövcuddur ki, bədənin daxilinə yerləşdirilir, bu dərmanlardan istifadə orucu batil edər?

 

Cavab: Bu dərmanlardan istifadə orucu batil etməz.

 


Sual  – Oruc tutmuş adama təzyiqə qarşı dərman qəbul etmək olar?

 

Cavab: Əgər Ramazan ayında bu dərmanı qəbul etmək, təzyiqdən əziyyət çəkən xəstə üçün zəruri olarsa, işkalı yoxdur. Amma, orucu batil edər.

 

Sual– Əgər mən və ya digərləri bu düşüncə ilə ki, dərman preparatlarının qəbulu yemək və içmək hesab olunmur, oruc tutan şəxs üçün bunun hökmü nədir?

 

Cavab: Dərman qəbul etmək orucu batil edər

 

Sual  – Əgər kişi Ramazan ayında həyat yoldaşı ilə cinsi əlaqədə olarsa və qadın da buna qarşı çıxmazsa hökmü nədir?

 

Cavab: Onların hər ikisinə orucu bilərəkdən batil etmək hökmü sidq edər. Orucun qəzasını tutmaqla yanaşı, hər ikisinə kəffarə də aid olar.

 

Sual  – Əgər bir kişi Ramazan ayında oruc halında həyat yoldaşı ilə oynaqlaşa, orucu batil olar yoxsa yox?

 

Cavab: Əgər sonunda kişidən məni(sperm) xaric olması ilə nəticələnməsə, orucu batil etməz.

 


Cünub Qalmaq

 

Sual  – Əgər bir şəxs bəzi səbəblər üzündən sübh azanına kimi cünub qalarsa, həmin gün oruc tuta bilər ya yox?

 

Cavab: Ramazan olmayan aylarda işkalı yoxdur. Amma, əgər Ramazan ayı və onun qəzası üçün olarsa və qüsul almaq iqtidarında olmazsa, təyəmmüm etməlidir. Əgər təyəmmüm də etməzsə, o zaman orucu doğru olmaz.

 

Sual  – Əgər bir şəxs cünub olduğu halda bir neçə gün oruc tuta və bilməyə ki, oruc tutmaq üçün cənabət qüsulu almaq lazımdır, cünub olduğu halda tutduğu günlər üçün kəffarə verməlidir yoxsa, qəzası kifayət edər?

 

Cavab: Bu şəraitdə yalnız qəzası ilə kifayətlənmək olar.

 

Sual  – Cünub şəxs gün doğduqdan sonra qüsul alarsa qəza və ya müstəhəb oruc tuta bilərmi?

 

Cavab: Əgər bilərəkdən gün doğana kimi cünub qalarsa, Ramazan ayı orucunu və ya qəzasını tuta bilməz. Amma, digər oruclar xüsusilə müstəhəb oruc üçün işkalı yoxdur.

 

Sual  – Bir şəxs Ramazan ayında bir yerdə qonaq olur və gecəni orada gecələyir. Gecə yarısı möhtəlim olsa(ondan məni(sperm) xaric olsa) qonaq olduğu və ya özü ilə ehtiyat palatarı olmadığı üçün qüsul ala bilməsə, həmin gün oruc tutmamaq üçün gün doğduqdan sonra səfərə çıxmaq qərarına gəlsə və gün doğduqdan sonra heç bir şey yemədən yola düzəlsə bunun hökmü nədir? Yəni ona kəffarə şamil olar yoxsa qəzası kifayət edər?

 

Cavab: Əgər cünub olduğu halda yuxudan ayıla və cünub olduğunu bilə və gün doğmamış qüsul və ya təyəmmüm etməzsə, səfər qəsdi heç bir halda kəffarədən yayınmaya kömək etməz.

 

Sual– Əli suya çatmayan və ya zamanın məhdud olması istisna olaraq, müəyyən səbəblər üzündən cənabəq qüsuli ala bilməyən şəxsə, bilərəkdən özünü Ramazan ayı gecələrinə cünub etməsinə icazə verilir?

 

Cavab: Onun hökmü budur ki, təyəmmüm etsin. Amma, Təyəmmüm üçün vaxt olmazsa, bu işə icazə verilmir.

 

Sual  – Ramazan ayında sübh azanından öncə yuxudan duran və möhtəlim olduğunu(sperm xaric olduğunu) görən şəxs yenidən yatarsa və yalnız azan vaxtı yenidən yuxudan ayılarsa və azandan öncə möhtəlim olduğunu bilərsə, onun orucunun hökmü nədir?

 

Cavab: Əgər sübh azanına kimi möhtəlim olduğunu bilməzsə, orucu düzdür.

 

Sual  – Əgər bir şəxs Ramazan ayında sübh azanından öncə yuxudan ayılarsa və möhtəlim olduğunu görərsə və sübh azanından öncə cənabət qüsulu alacağı ümidi ilə yenidən yatarsa və yuxuya qalarsa, qüsulunu günorta azanına kimi təxirə salarsa və günorta azanından sonra qüsul alarsa, bu zaman onun orucunun hökmü nədir?

 

Cavab: Bu vəziyyətdə məsələnin əsası birinci yuxuya qayıdır. Belə olduqda orucu düzdür. Amma, yenidən yatarsa və sübh azanına kimi oyanmazsa, həmin günün qəzasını yerinə yetirməlidir.

 

Sual  – Əgər şəxs gün doğmazdan öncə möhtəlim olduğuna şəkk edərsə, amma, öz şəkkinə əhəmiyyət verməzsə və yenidən yatarsa və sübh azanından sonra ayılarsa sübh azanından öncə möhtəlim olduğunu başa düşərsə, nə etməlidir?

 

Cavab: Əgər ilk oyanma zamanı özündə möhtəlimlik nişanələri hiss etməzsə, yalnız şəkk edərsə, sonra sübh azanından sonraya kimi yatarsa, orucu düzdür.
Baxmayaraq ki, sonradan möhtəlim olmasının azandan öncəyə aid olduğu aydınlaşa.

 

Sual– Əgər bir kəs, mübarək ramazan ayında nəcis su ilə qüsul edərsə və bir həftə sonra başa düşsə ki, su nəcis imiş, namaz və orucunun hökmü nədir?

 

Cavab: Namazı batil olar və qəzasını qılmalıdır. Amma, orucu səhihdir.

 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2013-07-09 19:02:26 | Kateqoriya: RAMAZAN | İzlənilib: 1150 | Bəyənib: 0