Bazar Ertəsi 10 Dekabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Böyük Rəhbər prezidenti təbrik etdi və xalqı alqışladılar

Səhər TV, xəbərlər—İran xalqının 11-ci dövr prezident və 4-cü bələdiyyə seçkilərindəki tarixi və əzəmətli qəhrəmanlığının ardınca, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei İran xalqına xitabən təşəkkür müraciəti ünvanlamışlar.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Həzrət Ayətullahülüzma Xamenei bu müraciətdə seçkilərin qəhrəmanlıq səhnəsində mömin və qeyrətli iranlıların diqqətləri özünə cəlb edəcək möhtəşəm iştirakına toxunaraq bu əzəmətli iştirakı artmaqda olan siyasi inkişaf və dini demokratiyaya sədaqətli şəkildə israrlı qalmaq və paxıl düşmənlərin uydurmaları və puç sehrlərinin batil olmasının göstəricisi adlandırıb və bildiriblər: Seçkilərin həqiqi qalibi İranın böyük xalqıdır ki, ilahi lütf və qüvvə ilə möhkəm addım ata və nüfuzedilməz gövhər, qətiyyətli, möhkəm və ümid və imanla dolu simasını nümayiş etdirə bildi.

İslam İnqilabının Böyük Rəhbərinin müraciətinin tam mətni belədir:

Bismillahir-rəhmanir-rəhim

Əziz İran xalqı!


24 xordad (14 iyun) cümə günündə seçkilərdə əzəmətli və qəhrəmancasına iştirak başqa bir diqqəti cəlb edəcək imtahan idi ki, İslami İranın ümidlə və qətiyyətlə dolu simasını dost və düşmənlərə nümayiş etdirdi. Artmaqda olan siyasi inkişaf və dini demokratiyaya sədaqətlə israrlı qalmaq aydın həqiqətdir ki, sizin səsvermələrdə aktiv iştirakınızla bir daha praktiki olaraq sübuta yetirildi və düşmənlər, paxıllar və tamahkarların uydurmaları və puç sehrlərini batil etdi.

Sizin qəhrəmancasına iştirakınız İran və iranlının islam quruluşu ilə möhkəm bağlılığını bədxahların gözü qarşısında canlandırdı. Bu bədxahlar çoxlu sayda siyasi, iqtisadi və təhlükəsizlik fəndi ilə bu müqəddəs etimad və ya bağlılığı məhv etmək və yaxud zəiflətmək ardınca idilər.

Mömin və qeyrətli iranlı ötən günkü seçkilərdə zalım və müstəmləkəçi oyunçuların psixoloji müharibəsi ilə mətanətli və məntiqli şəkildə qarşılaşmada öz əzəmətli potensialının rəsmini çox məharətlə və ustalıqla çəkdi və öz milli mənafeyi, səyli və ümid dolu gələcəyini sığortaladı.

Seçkilərin həqiqi qalibi İranın böyük xalqıdır ki, ilahi lütf və qüvvə ilə möhkəm addım ata və nüfuzedilməz gövhər, qətiyyətli, möhkəm və ümid və imanla dolu simasını nümayiş etdirə bildi.

Mən Allah-taalanın lütfü və rəhməti qarşısında təvazökarlıqla şükür səcdəsinə gedir, özümü və sizi bu böyük nemətə görə şükür etməyə çağırır, Həzrət Mehdiyə (əc) öz səmimi salamımı çatdırır, İran xalqını təbrik edir və xalqın seçdiyi prezident cənab Höccətülislam Hacı Şeyx Həsən Ruhaniyə və bütün xalq kütlələri üçün bəzi məsələləri qeyd edirəm:

1. İndi artıq 24 xordad cümə günündəki əzəmətli və siyasi qəhrəmanlığı ilə başa çatan İran xalqı və İslam Respublikası quruluşunun qələbəsi ilə rəqabət günləri və həftələrinin həyəcanı və çətinlikləri öz yerini əməkdaşlıq, dostluğa verməli və rəqib namizədlərin bütün tərəfdarları mətinlik, səbirlilik və düşüncəlilik sınağında layiqli yeri əldə etməlidirlər. Heç bir hiss, istər sevinmək, istərsə də sevinməmək heç kimi məntiqlilik və ağıllılıq şənindən uzaq rəftar və danışığa məcbur etməməlidir. Xalqın hisslərinin bədxahların məşum tələblərinin vasitələrinə çevrilməsinə imkan yaratmayın. Milli birlik, dostluq və razılaşmaq ölkənin təhlükəsizlik arxası və düşmənlərin məkrli planlarının zərərsizləşdiricisidir.


2. Seçilən prezident bütün xalqın prezidentidir. Hamı prezident və onun hökumətdəki əməkdaşlarının gerçəkləşdirməyə çalışdıqları böyük amalların əldə olunmasında onlara kömək və onlarla səmimi şəkildə əməkdaşlıq etməlidir.


3.  İndi həftələrlə söhbətdən və dinləmədən sonra iş və addım atmaq vaxtıdır. Seçilmiş prezidentin məsuliyyəti rəsmi şəkildə qəbul edəcəyi günə qədər daha çox faydalanmalı olduğu dəyərli fürsətdən istifadə etməsi və güclü diqqəti tələb edən prezidentlik vəzifəsinin işlərinə dərhal başlaması layiqlidir.


4. Seçki qəhrəmanlığının gerçəkləşməsi digər prezident namizədlərinin iştirakı, rəqabəti və səyi olmadan mümkün deyildi. Lazımi hesab edirəm ki, bu meydana qədəm qoyan və öz yorulmaz səyi ilə həyəcanlı yarış səhnəsini yaradan bütün hörmətli şəxslərə öz səmimi təşəkkürümü bildirəm və onları yenə də inqilabın və islam quruluşunun müxtəlif sahələrində aktiv fəaliyyət göstərməyə çağıram.


5. Zəruri hesab edirəm ki, bu dəfə də yaddaşlardan silinməyəcək qəhrəmanlığı yaradan bütün xalq kütlələrinə, xüsusilə də böyük təqlid mərcələri və alimləri, universitet ziyalıları, seçkilərdəki iştiraka təşviq edən siyasi və mədəni şəxsiyyətləri, eləcə də bu həftələr çoxlu zəhmətləri ilə səbirli şəkildə çalışan və tam əmanətlə bu ağır yükü mənzil başına çatdıran prezident və bələdiyyə seçkilərinin keçirilməsindəki məsul şəxsləri, xüsusilə də Daxili İşlər Nazirliyi və Konstitusiyaya Nəzarət Şurasına, coğrafiyası böyük olan ölkədə bu həssas məsələnin təhlükəsizliyinə zəmanət verən məmurlara, habelə onlarla əməkdaşlıq edən bütün qurumlara səmimi təşəkkürümü bildirəm və Allahdan onlar üçün çoxlu əcr diləyəm.


6. Lazım bilirəm ki, xüsusi şəkildə, milli media və seçki həyəcanını məntiqli və ustalıqla yaradan hörmətli məsul şəxsləri, prezidentliyə namizədlərin motiv, düşüncə və məqsədlərini, İslam Respublikası quruluşunda hökumətin formatını açıq-aşkar və sədaqətli şəkildə çatdıran və bütün dünyaya əks etdirənlərə təşəkkürümü bildirəm və onlar üçün tofiq və əcri Allahdan diləyəm.

Sonda təvazökarlıqla Allaha böyük nemətlərinə görə şükür edir, ali məqamlı böyük imamın, şəhidlərin və fədakarların xatirəsini yad edərək bu ölkə və bu xalq üçün daha yaxşı gələcəyi diləyirəm.


Vəssəlamu əleykum və rəhmətullah
Seyid Əli Xamenei
25 xordad 1392 (15 iyun 2013)


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2013-06-16 10:01:24 | Kateqoriya: İRANDA SEÇKİ | İzlənilib: 442 | Bəyənib: 0