Çərşənbə 13 Dekabr 2017
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Ayaz Minarəsi; İranda Qəznəvilərin ən qədim binası

SəhərTV,Xəbərlər – Zəngin mədəniyyət və sivilizasiyaya malik olan İran özündə müxtəlif xalqlar və millətləri birləşdirir. Tarix boyu İranın zəngin sivilizasiyası müxtəlif  silsilələrini şahidi olub. Bu silsilələr arasındakı fərqlərə baxmayaraq, onların hamısı böyük İran sivilizasiyasının bətnində yer alıb, onun bir parçasına çevriliblər. Hələ də bu silsilələrdən günümüzə gəlib çatan mühüm və dəyərli irslərin şahidi olmaq mümkündür.
Bu dəyərli irslərdən biri də Ayaz Minarəsidir. Bu minarə İranın Rəzəvi Xorasanı vilayətində, Türbəte Cam – Məşhəd yolunun üzərində daş qaya üzərində qərar tutur. Bu bina Qəznəvilər dövründən günümüzə gəlib çatan ən qədim və ən dəyərli irs olaraq tanınır. Bu bina Sultan Mahmud Qəznəvinin dövründə Tus valisi, sərkərdə Aslan Cazib tərəfindən quraşdırılıb. Ölümündən sonra(419-420) elə bu sadə və eyni zamanda gözəl və əzəmətli binada dəfn olunur.
Aslan Cazib böyük İran şairi Firdovsinin pərəstişkarı idi. Onu, İranda epik düşüncələrə meylli insan kimi yad edirlər. Maraqlıdır ki, həyatda olduğu müddət ərzində Tus şəhəri xeyli inkişaf edir, mədəni və siyasi baxımdan dövrünün tanınmış mərkəzlərindən birinə çevrilir. Xorasan vilayətinin 4 məşhur mərkəzi sırasına daxil olur.
Binanın kənarında daha bir oxşarının olduğu amma, zamanın axarında dağıldığı ehtimal edilən Ayaz Minarəsi keçmişdə böyük bir karvansarada yerləşdiyi güman edilir. Bu bağın hicri tarixi ilə 389-cu 421-ci illər arası salındığı bildirilir. Minarənin hündürlüyü 40 metrdir. Minarəyə çıxmaq üçün 100 pillədən ibarət bir pilləkən mövcuddur. Minarənin diametri bünövrə hissəsində 5.5 metr, ən hündür nöqtəsində isə 2.5 metrdir. Bu iki minarə gözəllik və uzaqdan gələnləri məqsədə istiqamətləndirmək kimi vəzifələrlə yanaşı, eyni zamanda gözətçi və nəzarət qülləsi kimi də istifadə olunurmuş.
Minarənin üzəri kufi xətti ilə yazılarla örtülüdür. Binanın daxili isə müxtəlif rəngli naxışlarla bəzədilib. Divarlarda müxtəlif həndəsi fiqurlar, kufi xətti ilə  yazılmış yazılar, gəc ilə gözəl naxış işləmələri, günbəzin ayağında şəbəkəli naxışlar, kərpiclərlə divarlarda işlənmiş naxışlar və günbəzin ətrafında kufi xətti ilə "Mahmud" sözünün təkrar formada işlənilməsi binaya özünəməxsus gözəllik verib.
Aslan Cazib məqbərəsi bişmiş kərpicdən tikilib. Açıq və tünd rəngli kərpiclər gözəl naxışlarla divara işlənib. Divarın yuxarı hissəsində də kufi xətti ilə yazılmış mavi rəngli bir kitabə mövcuddur ki, diqqəti özünə cəlb edir. Bu bina 8 bucaqlı oturacaq üzərində yerləşmiş, hündürlüyü az olan bir günbəzə malikdir. Günbəzi üzərində daşıyan 8 bucaqlı  oturacaq hündürlüyü 10 metr olan divarın üzərində yerləşir.
Bina daş hasarlara malik olan bir karvansaranın ortasında  yerləşirmiş ki, hazırda bu karvansara tamamilə dağılıb. Amma, onun kənarında başqa bir karvansara mövcuddur ki, Əmir Əlişir Nəvayi tərəfindən tikilib. Bu karvansara hələ də mövcuddur.
Dördbucaqlı formasına malik olan və daşdan hörülmüş karvansara gözətçi bürclərinə malik olub. Karvansaranın əsas divarlarına möhkəmlik vermək üçün köməkçi bürclər də var ki, əsas rolu divara dayaq vermək olub. Karvansaranın giriş qapısı İsfahandakı Məhyar Karvansarasının giriş qapısına xeyli bənzəyir. Karvansaranın daxilində karvan əhlinin və heyvanların dincəlmələri üçün müxtəlif otaqlar nəzərdə tutulubmuş.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-08-31 20:46:58 | Kateqoriya: İRAN | İzlənilib: 874 | Bəyənib: 0