Cümə Axşamı 23 Noyabr 2017
Yenilənib Şənbə 23 May

Əlaqədar


Şrift ölçüsü :  

Amerikanın İranın Təbəs səhrasında “Qartal pəncəsi” əməliyyatı

SəhərTV--İkinci inqilab kimi xatırladılan casusluq yuvası adlandırılan Amerikanın Tehrandakı səfirliyinin 53 Amerika casusunun əsir alınması başa çatan İmam Xomeyni(r.ə)-in yolunu gedən müsəlman tələbələr tərəfindən günəş tarixi ilə 1358-ci il aban ayının 13-də ələ keçirilməsi ABŞ-ın heysiyyətinə elə bir zərbə endirdi və onların müstəmləkəçilik siyasətlərini iflasa uğratdı ki, Ağ Evi bu məsələni mümkün olan hər bir yolla həll etməyə vadar etdi.
Buna görə, Amerika ilk addımda özünün diplomatik hərəkətləri ilə İranın siyasi və iqtisadi əlaqələr baxımından sanksiya olunmasına əl atdı və ikinci addımda İran İslam Respublikasına hərbi təcavüz planını gündəmə gətirdi.
Müsəlman tələbələrin inqilabçı iradəsi ilə həyata keçirilən Tehranda Amerikanın casusluq yuvası ilə rəftar Ağ Evi bu təhqiramiz macəradan qaçmaq üçün bir çox çaş-başlıqlarla üzləşdirdi.
Amerika İrana hərbi hücum üçün mürəkkəb və dəqiq əməliyyat planı hazırlayaraq, səfirlikdə yerləşən casusları azad etmək bəhanəsinə üz tutdu:
1980-cı il aprelin 24-də amerikan təyyarə və vertolyotlar Tehranda casusluq etməsinə görə, tələbələr tərəfindən girov götürülmüş 53 amerikalını azad etmək üçün İranın hava məkanına daxil oldular. Daha 6 təyyarə və 6 vertolyot özünü Təbəsə çatdırdı və iranlı hərbi qüvvələrin xəbəri olmadan gecə qaranlığında ucqar bir məntəqədə yerə enirlər. Xırda çınqıl dənələri Amerikanın böyük fitnəsini çökdürdü və çınqıl tufanı amerikalı qüvvələrin məhvinə səbəb oldu.
Əməliyyatın başlanmasından bir ay əvvəl Amerika Hava Qoşunlarının bir mütəxəssisi təyyarələrin enməsi üçün bir məntəqəni hazırlamış və onun ətrafını enmə üçün yolgöstərici çıraqlarla təchiz etmişdi. Həmçinin MKA-nin bir casusluq təyyarəsi həmin məntəqədə uçaraq, lokator dalğalarını 3000 fut hündürlükdə izləmişdi. Bununla belə, vertolyotların pilotlarına göstəriş verilmişdi ki, 200 futdan aşağı hündürlükdə uçsunlar ki, lokator tərəfindən tanınmalarının qarşısı alınsın.
Bu hündürlük məhdudiyyəti vertolyotların çınqıl tufanına dücar olmalarına bais oldu. Bu tufan iki vertolyotun texniki nasazlığa düçar olması və əməliyyatı davam etdiməkdən qalmasına bais oldu. Salamat qalmış vertolyotlardan biri geri döndü ki, iki qüsurlu vertolyotun ekipajını mindirsin, lakin o, bu əməli ilə əslində plandan 20 dəqiqə geri qaldı. İndi əməliyyat əməliyyatın icrasına lazım olan minimum say, yəni altı vertolyotla davam etməli idi. İlk üç vertolyotlu qrup plandan bir saat gec Desert-1-ə çatdı, halbuki ikinci qrup da on beş dəqiqə təxirlə enmə məkanına çatdı. Vertolyotların yerləşmələrindən sonra məlum oldu ki, onların biri öz hidravlik sistemini itirib və əməliyyatın beş vertolyotla həyata keçirilməsinin mümkün olmamasına görə, tapşırıq ləğv olundu və vertolyotlar bazaya geri dönmək üçün   E-130EC-dən yanacaq doldurmaqla məşğul oldular. Başqa bir problem da var idi. Yaxınlıqdakı şose yolundan keçən 40 müsafirə malik bir avtobusun sürücüsü və müsafirləri amerikalı qüvvələr İranı tərk edən anadək girov götürülmüşdülər.


• Təbəs səhrasında əsas hadisə

Vertolyot və təyyarələr özlərini geri dönməyə hazırladıqları bir halda bir hadisə şəraitin əvvəlkindən daha da pis olmasına bais oldu.
Yanacaq doldurmuş bir vertolyot öz yerini digər bir vertolyota verməyə hazırlaşdı ki, çınqıl tufanı və kifayət qədər görüntünün olmamasına görə, bir ədəd E-130MC-yə dəydi. Hər iki vertolyot alovlandı və səkkiz nəfərin ölməsi, dörd və ya beş nəfərin də yaralanmasına səbəb oldu.
İki vertolyotun toqquşması nəticəsində yaranmış hərc-mərcliyə görə, amerikan qüvvələr tez bir zamanda məntəqəni boşaltmağa çalışdılar. Bu üzdən, yerdə qalan beş vertolyotu salamat şəkildə buraxdılar və hətta onlardakı gizli sənədləri belə məhv etmədilər. Həmin sənədlər səbəb oldu ki, əvvəlcədən Tehranda yaşayan bu əməliyyatın koordinatorların əksər hissəsi həbs olunsun.
Amerika ordusunda Operation Eagle Claw( Qartal pəncəsi) adlandırılan bu əməliyyatın uğursuz qalmasından sonra ABŞ-ın o zamankı prezidenti- Cimmi Karter bu günü həyatının ən pis günlərindən biri kimi xatırladı.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-04-25 16:59:10 | Kateqoriya: İRAN | İzlənilib: 1267 | Bəyənib: 0