Çərşənbə 12 Dekabr 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

“Qadına düzgün baxış onu ilahi dəyərlər çərçivəsində tanıyan baxışdır”

Səhər TV, xəbərlər—İslam İnqilabının Böyük rəhbəri vurğulayıblar: Qadına düzgün baxış onu öz cinsi və ilahi dəyərlər çərçivəsində tanıya baxışdır.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei şənbə günü mübarək Rəcəb ayının gəlişi ərəfəsində universitet, dini elmlər hövzəsi, ailə və qadın məsələləri, icra orqanları, Quran fəaliyyətləri, media və ictimai qurumlarda fəaliyyət göstərən yüzlərlə qadını qəbul ediblər: Ailə strukturunun gücləndirilməsi və ev mühitində qadına hörmət bəsləmək və onu əzizləmək cəmiyyətin önəmli və təcili iki ehtiyacıdır.

“İslam İnqilabı cəbhəsində fəal və səriştəli qadınlar İran İslam İnqilabının müdafiə səhnəsində iştiraklarını daha rövnəqli və gözə çarpacaq etməlidirlər” –deyə Böyük Rəhbər əlavə ediblər.

Qadın barəsində islamın düşüncə əsaslarının beynəlxalq səhnəyə ötürülməsi barəsindəki mövcud geridə qalmalara toxunan Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: Qadın məsələsi barəsində İslam Respublikası quruluşunun bərəkəti və Həzrət İmam Xomeyninin (rə) adı ilə müsbət işlər həyata keçirilmişdir. Lakin daha artıq fəaliyyətə və digərlərinin təcavüzündən qorunmaq və hücum cəbhəsinin təşkilinə ehtiyac vardır.

“Qadın mövzusunda oyanış məktəbi sahəsində heç bir dayanmanın mövcud olmamalıdır” deyən Böyük Rəhbər qərbin qadın barəsindəki dialoq prinsipini hesablanmış və siyasi dialoq adlandırıb və əlavə ediblər: Baxmayaraq ki, bu dialoq hazırda özünün kulminasiya nöqtəsinə çatıb, lakin qərbin qadın barəsindəki dialoq prosesi tənəzzül, çaş-başlıq və həqarətə doğru enməkdədir.

İcra məşğuliyyətlərində qadının iştirakının eybi olmadığını qeyd edən Həzrət Ayətullahülüzma Xamenei xatırladıblar: Nöqsan və əslində qərbin dialoqunun davamı olan hissəsi icra vəzifələrində çalışan qadınların sayı ilə fəxr etməkdir.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İcra vəzifələrində qadınların çoxlu iştirakı ilə fəxr etmək yanlış baxış və əslində qərb dialoqu qarşısında passiv olmaqdır və fəxr etməli olan məsələ ziyalı, mədəni, siyasi və mücahid fəal qadınların sayının yuxarı olmasıdır.

İnsan baxımından qadın və kişiyə islamın eyni gözlə baxdığına toxunan Böyük Rəhbər bildiriblər: İslamın baxışınca, yaranış baxımından qadın və kişinin hər biri xüsusi özəlliklərə malikdir. Lakin insani, ictimai, mənəvi dəyərlər və mənəvi təkamül baxımından heç bir fərqləri yoxdur.

İslam İnqilabının Böyük Rəhbəri qadının kəraməti, qadının izzəti, qadının fitri incəliyini islam dinində qadın dialoqunun xüsusiyyətlərindən adlandırıb, İran İslam İnqilabının formalaşmasında və sonrakı müxtəlif mərhələlərdə qadının ciddi və əzəmətli iştirakına toxunaraq bildiriblər: Fəal, səriştəli, alim, yazıçı və ziyalı qadınlar İslam İnqilabının müdafiəsi cəbhəsində səhnədə ciddi və möhtəşəm iştiraka malik olmalıdırlar.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2013-05-12 18:33:33 | Kateqoriya: BƏRƏKƏT MƏKANI | İzlənilib: 2532 | Bəyənib: 0