Çərşənbə Axşamı 16 Oktyabr 2018
Yenilənib Şənbə 23 May

Əlaqədar


Şrift ölçüsü :  

Əmirəlmöminin Əli (ə)-ın şəhadətindən sonra

Səhər TV, xəbərlər- İmam Həsən(ə) Əmirəlmöminin(ə)-ın şəhadətindən sonra atasının ayrılığında Kufə məscidində bir xütbə oxudu və belə buyurdu: Atam elə bir halda dünya ilə vidalaşdı ki, özü üçün heç bir var-dövlət saxlamadı və yalnız ətalarından 700 dirhəm qalıb.
40-cı h.q. ili mübarək ramazan ayının 21-nə keçən gecə ədalət günəşinin qürub etməsini xatırladır; hansı ki, bu günəş bəşəriyyət dünyasını cahillik və azğınlıqdan xilas edə və onların səadətinə zəmanət verə bilərdi, amma cahillik, xudbinlik və şeytanın ardınca getmək insana hakim kəsilərkən o, nəinki ədalət günəşinin nurunu görməz, əksinə bu ilahi nuru söndürmək niyyətinə də gələr.
Əmirəlmöminin Əli(ə)-ın şəhadətindən və o həzrətin pak bədəninin 40-cı h.q. ili mübarək ramazan ayının 21-nə keçən gecədə dəfn olunmasından sonra həmin günün səhərində Kufə əhalisi və bu şəhərin ürəkləri dağlanmış və matəmə batmış şiələri o həzrətin evinin çölundə və böyük Kufə məscidində əzadarlıq edib, matəm saxlamağa başladı və səbirsizliklə o həzrətin övladlarının Kufə məscidinə daxil olmaları və müsəlmanların xəlifəsinin təyin olunmasını gözləyirdilər.
Gündən bir saat keçməmişdi ki, İmam Əli(ə)-ın övladları, o cümlədən İmam Həsən(ə), İmam Hüseyn(ə), Məhəmməd Hənəfiyyə və Əmirəlmömin(ə)-ın səhabə və xüsusi köməkçiləri evdən çıxaraq, məscidə doğru hərəkət etdilər və xalq onları görən kimi salavat və təkbirlə onların pişvazına çıxdı.
Camaat məscidə daxil olandan sonra İmam Həsən Muctəba(ə) öz atasının vəsiyyətçisi və canişini kimi mənbərə çıxdı və bir xütbə oxudu.
O həzrət bu xütbənin bir hissəsində buyurdu: Dünən gecə elə bir insan dünyadan köçdü ki, ondan qabaqkıların heç biri vəzifənin yerinə yetirilməsində onu qabaqlaya bilmədi, gələcəkdəkilər də onun kimi öz işlərini görə bilməyəcəklər.
O, Allah Peyğəmbəri(s.ə.s)-ın kənarında döyüşər və onun qorunmasında fədakarlıq göstərərdi və Allah Peyğəmbəri(s.ə.s.) onu özünün bayraqdarı edərdi; Cəbrail sağ və Mikail sol tərəfdən ona keşik çəkərdilər və o, Allah-Taala onun köməyi ilə İslam qoşununu qalib etməyincə döyüş meydanından geri dönməzdi.
Əli(ə) elə bir gecədə dünyadan getdi ki, həmin gecədə İsa(ə) göylərə çəkildi və Musa(ə)ın canişini Yuşə Bin Nun vəfat etdi. O, elə bir halda dünya ilə vidalaşdı ki, özü üçün mal-dövlət saxlamamışdı və yalnız ətalarından 700 dirhəm qalıbdır ki, öz adamları üçün xidmətgüzarlıq təşkil etmiş olsun.
Bu anda İmam Həsən(ə)-ın boğazını qəhər bürüdü və ağlamağa başladı, camaat da onunla səs-səsə verdi və böyük Kufə məscidi ağlama və naləyə büründü.
İmam Muctəba(ə)-ın nitqindən sonra Əbdullah bin Əbbas ayağa qalxdı və o həzrətin kənarınd durdu və dedi: Ey camaat! Bu böyük şəxsiyyət peyğəmbərinizin övladı və imamınızın canişinidir. Buna görə, onunla beyət edin.
Bu sözlərdən vəcdə gəlmiş camaat bildirdi: O, nə qədər bizə əziz və haqqı bizə vacibdir. Sonra böyük rəğbət və vurğunluqla o həzrətlə beyət edib, onu xəlifə və atası İmam Əli(ə)-ın canişini kimi qəbul etdi və onun ardınca getməyi üzərinə götürdü.
Şeyx Mofidin dediyinə görə, İmam Həsən Muctəba(ə) ilə beyət cümə günü 40-cı h.q. ili ramazan ayının 21-də baş verdi və ondan sonra o həzrət özünün nümayəndə və valilərini təqdim edərək, rəsmi şəkildə hakimiyyəti öhdəsinə götürdü.


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-07-19 12:36:51 | Kateqoriya: RAMAZAN | İzlənilib: 336 | Bəyənib: 0