Çərşənbə Axşamı 19 Iyun 2018
Yenilənib Şənbə 23 May
Şrift ölçüsü :  

Çövkən, İran tarixində

SəhərTV-- … Əldə olan sənədlər çövkəni dünyanın ən qədim oynu kimi tanıyırlar, zira zamanı Həzrəti İsa(ə)-ın miladından təqribən altı yüz ilə gedib çıxan əlyazmalara əsasən, iranlılarla turanlılar arasında çövkən oyununun adı çəkilibdir.


“Mükəmməl at akademiyası”

 

Yarısını at, yarısını da atlının həyata keçirdiyi bu çox mütəhərrik oyun “Karnameye Ərdəşire Babəkan”dan tutmuş xalq təranələri və İran incəsənəti səması ulduzlarının nəğmələrinədək olan iranlı yazılarda çox gəlibdir və xalqın həyatında elə bir yerə malik olubdur ki, qədim və ya müasir danışan və yazan şəxslər “top”, “çövkən”, “meydan”, topu ələ keçirmək və sairədən söz açmamış olsunlar.
İlk dəfə olaraq, “Karnameye Ərdəşire Babəkan”da çövkənin adı çəkilib və ondan sonra təqribən heç bir qədim iranlı şair və yazıçını tapmaq olmaz ki, müvafiq olaraq, çövkəndən söz açmamış olsun.
Misal üçün; “Şahnamə”də çövkən oyunçularının sayı on dörd nəfər qeyd olunubdur. “Hər tərəfdə yeddi nəfər oynayır və topu ələ keçirib, onu meydanın sonuna çatdırmaqla üstünlük əldə edir”. “Qabusnamə” oyunçuların sayını səkkiz nəfər qeyd edir ki, onların altısı meydan arasında, ikisi də meydanın iki tərəfində yerləşir.
Bu, yeganə həmişə iranlı idman olan çövkən xristian təqviminin ilk yüzilliklərində Şərqdən Çinə və Yaponiyaya və Qərbdən Kiçik Asiyaya və Yunanıstana və Hindistan İrandan ayrılandan sonra monqolların hökmranlığı dövründə həmin ölkəyə getdi və bir daha çövkən daxil olmaqla İran mədəniyyətinin bütün məhsul və məmulatları orada yayılaraq, rövnəq tapdı.


İran Çövkən Oyunu Federasiyasının saytından götürülüb.

T-10
 


Bəyəndim - 
Şərh - 
Paylaş - 
E-mail - 
Pdf formatında yüklə - 
Çap et
Tarix: 2014-01-30 21:42:57 | Kateqoriya: İRAN | İzlənilib: 636 | Bəyənib: 0